Nida.az
Bir “təsadüf” və Ərdoğanın çıxardığı nəticə: Türkiyə nədən müharibəyə girdi? – TƏHLİL
Hər şey 2012-ci il 7 fevral “MİT böhranı” ilə başladı və
Türkiyəni sadəcə bir təsadüf xilas etdi. Ərdoğan əməliyyat olunmaq
üçün İstanbuldakı özəl xəstəxanaların birinə yola düşür, həmin anda
Ankara prokurorluğu Milli İstihbarat Təşkilatının şefi Hakan Fidanı
ifadə almaq üçün dəvət edir.
O Hakan Fidan ki, ona Türkiyədə “Siyasətin gizli qəhrəmanı”, yaxud
“dövlətin sirr küpü” deyirlər və 1968-ci ildə doğulan gənc adam
Ərdoğanın ən yaxınındakı fiqurdur. Ərdoğan sonradan hədəfin özü
olduğunu deyəcəkdi.
... Türkiyə saatı ilə 16:30: Ərdoğan əməliyyat üçün yola çıxır.
Saat 16:55: MİT şefinin iş saatının bitməsinə
dəqiqələr qalmış prokurorluq onu ifadə verməyə çağırır, lakin o,
həmin vaxt Baş nazir olan Ərdoğanla danışmadan getməkdən imtina
edir. Ərdoğanla əlaqə alınmır, “dövlətin sirr küpü” keçmiş
prezidenti Abdulla Güllə telefon əlaqəsi yaradır. Həmin ərəfədə
Ərdoğan kortejini yolda saxlayır və əməliyyatdan öncə yaxın bir
qohumunu ziyarət etmək istədiyini deyir. Əməliyyat təxirə salınır,
ardınca Hakan Fidan Baş nazirlə əlaqə yarada bilir və “yerində qal”
əmrini alır. Amma polis artıq MİT-in girişində idi. Yeganə yol
silahlı qarşıdurmaya getmək olsa belə, “sirr küpünü” polisə təslim
etməmək seçilir. Ərdoğanın mühafizə ordusu onu polisə vermədən
qaçıra bilir.
Türkiyənin müasir siyasətini araşdıranlar əsas məqsədin Hakan Fidan
üzərindən Ərdoğanı devirmək olduğu fikrini müdafiə edirlər. Belə
ki, Hakan Fidan Baş nazirin nümayəndəsi kimi Osloda PKK liderləri
ilə görüşmüşdü və bu ilin iyul ayında alt-üst olan “çözüm
sürəcini”, yəni terror təşkilatı ilə sülh dövrünün başlanmasının
əsasını qoymuşdu. Oslo danışıqlarının səs yazısını internetdə
yayaraq, Hakan Fidanın həbsinə şərait yaradacaq bir ssenari tətbiq
olundu.
“Məqsəd Hakan Fidanın dilindən Oslo danışıqlarını Ərdoğanın
təşkil etdiyi kəlməsini çıxarmaq və onu devirmək idi”, -
türkiyəli yazar Əbdülqədir Selvi həmin prosesləri belə şərh
edir.
Ehtimallar güclüdür, Ərdoğanı devirmək istəyirdilər. Lakin söhbət
yalnız onun şəxsiyyətindən getmir, həmin dövrdə dövlətin başında
Ərdoğan deyil, qeyrisi olsaydı belə və bu şəxs 30 ildən artıq
Türkiyə dövlətinin baş ağrısına çevrilən PKK problemini həll etməyə
cəhd göstərsəydi, eyni ssenari ona qarşı da tətbiq olunacaqdı.
Çünki bu savaş Türkiyənin xarici siyasətinə ən böyük əngəl olan kart kimi həmişə istifadə olunur və bu kartın aradan qalxması Qərb güclərinə, ABŞ, eləcə də bu coğrafiyada ən böyük güc olmağı planlaşdıran İsrailə sərf etmirdi. Həmin vaxtdan etibarən, Türkiyədə camaat problemi ortaya çıxdı. Polis gücləri, Ərdoğanın qollarına qandal taxmaq istəyən prokurorlar da ABŞ-ın Pensilvaniya ştatında oturan Gülənə bağlı idi. Yəni düymə okeanın o tayından basılmışdı, proses camaat tərəfindən reallaşdırılacaqdı. Bir təsadüf – yaxud da əksi – Türkiyəni xilas etdi. Daha sonra 17 və 25 dekabr hadisələri də AKP-ni devirmək və Türkiyəni daha idarəolunan dövlət halına gətirmək cəhdləri də baş tutmadı. Beləliklə, ABŞ və İsrail kəşfiyyatının Türkiyənin içinə qədər uzanan qolları kəsildi.
PKK ilə sülh bağlandığı həmin dönəmdən bu günə qədərki 3 il ərzində
Türkiyənin xarici siyasəti sanki məngənə arasından çıxa bildi.
Daxili stabilliyi olan dövlətin dünyada söz sahibinə çevrilməsi
asandır. Təcrübə bunu deməyə əsas verir. İstər Yaxın Şərq, istər
Avrasiya, istərsə Avropa siyasətində Ankara bir çox uğura imza
atdı. Regionda öz mövqelərini möhkəmləndirdi, Azərbaycanla
birləşərək güclü geocoğrafi gücünü təmin etdi.
Bir neçə ay öncə Vaşinqtonda mənzillənən “Stratfor” mərkəzinin rəhbəri Corc Fridman deyirdi: “Ankara və Bakının Tiflisi də öz aralarına alaraq qurduqları ittifaq yaxın gələcəkdə böyük söz sahibi olacaq”.
Bütün bunlar Türkiyənin PKK ilə sülh bağladığı dövrdə reallaşıb.
“MİT böhranı”nı ona görə xatırlatdıq ki, Türkiyənin güclənməsini
istəməyən, onun daim daxili problemləri ilə məşğul olmasında
maraqlı olan qüvvələr bu sülhə qarşıdır. Göründüyü kimi, AKP
hökuməti bu planda ən böyük əngəl idi. Amma camaatın ölkədəki gücü
aradan qaldırılmışdı. Belə olan təqdirdə, eyni hədəfə doğru başqa
yol seçildi.
7 iyul parlament seçkilərində kürdlərin siyasi partiyası olan HDP
gözlənilmədən baryeri aşdı, AKP isə öz təkhakimiyyətliyini qura
bilmədi. Çünki Türkiyədən uzaqlaşdırılan həmin güclər seçkidə
HDP-nin güclü çıxması, AKP-nin zəifləməsi üçün hər şeyi etmişdilər.
Bu, siyasi baxımdan həm AKP-yə sərf etmirdi, həm də 30 ildən artıq
müddətdə Türkiyədə anaların göz yaşına səbəb olan PKK-nın leqal
olaraq dövlətə sızmasına aparırdı. AKP kimi MHP və CHP də fakt
qarşısında qalmışdı. Seçkinin ardınca koalision hökumətin qurulması
danışıqları başladı.
Amma ilk gündən koalision hökumətin nə AKP-yə, nə də Türkiyəyə sərf etmədiyi aydın məsələ idi. Bununla AKP öz tək hakimiyyətlilik arzusundan vaz keçməli, Türkiyə isə PKK problemindən sonra ikinci daxili problemlə qarşılaşmağa razı olmalı idi. “Nə yaxşı ki, koalision hökumətin qurulması prosesi baş tutmadı”. Türkiyədə gələcəyi görən siyasətçilər məhz belə düşünürlər. Və qəfil “çözüm müddəti” alt-üst oldu və Türkiyə PKK-ya müharibəyə başladı. PKK-çılar müharibəyə görə AKP-ni, hökumət isə terror təşkilatını ittiham etməyə başladı. Lakin ortada dəqiq olan bir məsələ var: Ərdoğan Türkiyənin taleyini 2012-ci ildəki “təsadüflərə” bağlamamaqda israrlı idi.
Hazırkı böyük müharibənin başlaması səbəbləri diqqət çəkir. İyulun
22-də Suruçda terror aktı törədildi, ardınca PKK-nın atəşkəsdən
sui-istifadə edərək Türkiyənin daxilində silahlandığı haqda faktlar
ortaya çıxdı. Terror təşkilatı türk əsgərləri şəhid etdi və Ankara
düyməyə basdı. İlk baxışdan, hər şey çox qarışıq görünür, amma hər
şeyə rəğmən, Ərdoğanın ağıllı oynadığı faktı danılmazdır.
Türkiyə nədən PKK-nı vurdu?
PKK-ya qarşı müharibədə Türkiyənin haqlı olduğu dəqiqdir. Lakin
atəşkəsin davam etdiyi bir vaxtda bunun nədən indi başlaması
suallar doğurur. O məlumdur ki, PKK türk əsgərlərini şəhid etməklə
dövlətə başqa yol buraxmadı. Amma ortada daha düşündürücü səbəblər
də mövcuddur.
1) Bu müharibə ilə Türkiyə seçicisinin gözündə
HDP-nin nüfuzunu sıfıra endirdi. Əminliklə demək olar ki, noyabrın
1-nə təyin olunan növbədənkənar parlament seçkilərində kürd
partiyası baryeri aşa bilməyəcək. Seçki öncəsi keçirilən rəy
sorğuları da bunu göstərir. AKP-nin növbəti seçkidə tək hakimiyyət
qurması üçün lazım olan səsi toplayacağı ehtimalı böyükdür. Hətta
PKK-ya qarşı müharibədən sonra AKP-ni dəstəkləyən bir qisim kürdlər
ondan üz döndərsə belə, Ərdoğan əsas prinsipi düşməni məhv etmək
olan millətçilərin səsini qazana biləcək. Bu həm AKP-nin seçki
nəticələrinə təsir edəcək, həm də Türkiyəni HDP bəlasından xilas
edəcək. Bu arada, PKK və İŞİD-i vurmaqla başlanan terrorla mübarizə
əməliyyatları 3 aylıq müddət olaraq seçilmişdi. Bu müddət məhz
noyabrın 1-də başa çatacaq.
2) Seçki nəticələri Türkiyənin daxili məsələsi
olsa da, onun qarşısında duran iki əsas problem də mövcud idi:
a) Onilliklərdir davam edən PKK təhlükəsi.
b) Türkiyə sərhədlərinə qədər gələn və ölkə daxilində gizli
formada fəaliyyət göstərən İŞİD.
İŞİD amili ortaya çıxandan bəri ABŞ Türkiyəni bu qüvvəyə qarşı
müharibəyə girməsini təmin etməyə çalışır, əksər vaxtlar buna görə
Ankaraya təzyiq də edirdi. Bunun dövlət üçün təhlükəli gələcək vəd
etdiyini görən Ərdoğan isə imtina yolunu seçmişdi. Lakin hökumət
İŞİD-in ölkə üçün ciddi təhlükəyə çevrildiyinin də fərqində idi.
Belə bir dilemma qarşısında qalan Ankara məqam gözləyir, bütün
gücünü İŞİD-ə qarşı sərf etməklə, PKK-nın güclənməsinə səbəb olmaq
istəmirdi.
Və qəfil Türkiyə aktiv müharibəyə qoşuldu. Ehtimal etmək olar ki, Ankara onu İŞİD-ə qarşı müharibəyə girməsini istəyən Vaşinqtonla razılığa gəlib: Türkiyə İŞİD-ə qarşı aktiv əməliyyatlara qoşulur, İncirlik hərbi bazasını müəyyən qədər koalisiya qüvvələrinin döyüş təyyarələri üçün açır, əvəzində ABŞ Ankaranın PKK-nı vurmasına göz yumur. Beləliklə, Ankara bir zərbə ilə təhlükə hesab etdiyi hədəfləri eyni anda vura bilir. Öz sərhədlərini İŞİD-dən təmizləyir, Qərb mətbuatının “Ankara İŞİD-ə yardım edir” damğasını alt-üst edir, Türkiyədə leqal qüvvəyə çevrilmə təhlükəsi yaranan PKK-nı məhv edir və seçkini öz xeyrinə, ümumilikdə dövlətin lehinə çevirə bilir.
Hələlik Türkiyənin bu müharibədə dövlət olaraq qazanan tərəf olduğu
görünür. Hər şey isə noyabrın 1-dən sonra daha dəqiq bilinəcək.
Asif Nərimanlı
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO