Nida.az
“11 sentyabr” 14 il sonra Kəbədə - Bin Ladenin sirri açıldı
Kəbədə kranın aşması ilə 107 nəfərin ölümünə səbəb olan
bədbəxt hadisənin pərdəarxası məqamlarında diqqətçəkən detallar
ortaya çıxıb.
Publika.az xarici mediaya istinadən xəbər verir
ki, Kəbənin genişləndirilməsi üçün həyata keçirilən inşaatı aparan
şirkət Əl-Qaidənin əfsanəvi lideri Üsəma Bin Ladenin ailəsinə
məxsus olub. Şirkət inşaat işlərini 2020-ci ildə
bitirəcəkmiş.
Bu hadisənin baş verdiyi gün və inşaatı aparan şirkətin kimə
məxsusluğu xarici mediada bəzi ehtimalların yaranmasına səbəb olub.
Belə ki, Kəbədəki hadisənin tarixi 11 sentyabr hadisələrinin
ildönümü ilə eyni günə təsadüf edir. 14 il öncə sentyabrın 11-də
Nyu-Yokrda əkiz qüllələrə hücum və ABŞ-ın İraqa girməsi ilə
nəticələnən məlum olayların arxasında Əl-Qaidə lideri Bin Laden
dayanırdı. O özü terror aktını üzərinə götürmüşdü.
“Əkiz qüllələrə hücumdan 14 il sonra Kəbədə Bin Laden ailəsinə məxsus inşaat şirkətinin istifadə etdiyi kranın aşması təsadüfdürmü?”- xarici medianın irəli sürdüyü sual əsasən bu istiqamətdədir.
- Bu, ABŞ-ın Bin Ladenin məxsus olduğu xalqdan qisası, yaxud qorxu
yaratmaq cəhdi ola bilər.
- 107 nəfərin ölümünə səbəb olan hadisənin 11 sentyabr tarixində
baş verməsi İslam dünyasına mesajdır.
Ehtimallar əsasən bu istiqamətdə irəli sürülür. Lakin hadisənin tamamilə təsadüf olması da istisna deyil.
Asif Nərimanlı
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?