Nida.az
Nazir: "Bu qətnamə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurub"
"Avropa Parlamentinin Azərbaycanla əlaqədar qəbul etdiyi qətnamə Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrinə ciddi zərbə vurub".
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Feridun Siniroğlu ilə keçirdiyi mətbuat konfransı çərçivəsində Avropa Parlamentinin Azərbaycanla əlaqədar qəbul etdiyi qətnamə barədə müsahibəsində bildirib.
E.Məmmədyarov qeyd edib ki, tələsik formada qəbul olunan bu qətnamə Azərbaycanla bağlı qərəzli və böhtan xarakteri daşıyan iddialar irəli sürür: "Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq, etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrdən istifadə edilir. Bu da qəbuledilməzdir".
Nazir deyib ki, belə bir qətnamənin qəbul edilməsi heç bir diplomatik məntiqə sığmır: "Azərbaycan müstəqil və suveren ölkədir. Heç bir suveren dövlət diktə və siyasi təzyiq tərzli davranışı qəbul edilə bilməz. Tövsiyə edərdik ki, dəyərlərdən danışan Avropa Parlamenti bütün Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, ksenofobiya, şovinizm, islamofobiya, radikalizm, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsun".
Onun sözlərinə görə, təəssüf doğuran hal odur ki, Avropa Parlamenti özündə cəsarət tapıb miqrant ailəsindən olan azyaşlı uşağın faciəli ölümünün mətbuat azadlığı adı altında karikatura obyektinə çevirərək məzxərəyə qoyulması məsələsini müzakirə etmir və münasibət bildirmir. Bildiririk ki, hər hansı bir təsisat Azərbaycanla münasibətdə bu cür qeyri-etik ifadə formasını seçirsə, biz tərəfindən də adekvat və qeyri-adekvat formada öz cavabını alacaq".
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO