"Günah ondadır ki, siz belə imkan tapıb danışırsınız” - Mübahisə
Bizi izləyin

Nida.az

"Günah ondadır ki, siz belə imkan tapıb danışırsınız” - Mübahisə

"Günah ondadır ki, siz belə imkan tapıb danışırsınız” - Mübahisə



“Məncə, hökumətin hesabatını müsbət qiymətləndirmək olar. Hər-halda ötən il verilən hesabatla müqayisədə xeyli irəliləyişlər var. Amma problemlərin olduğu məlumdur. Bu gün bazarlarda inhisarçılıq var və istehsalçılara imkanlar yaradılmır”.

Publika.Az xəbər verir ki, bu barədə millət vəkili İlyas İsmayılov Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatına münsibət bildirərkən deyib. Milət vəkili yoxsulluqla bağlı göstərilən 5,3 faizin reallığı əks etdirmədiyini bildirib.

“Necə ola bilər ki, Avropada yoxsulluq 10 faizdən artıq, Azərbaycanda isə 5 faizdir. Bununla yanaşı gizli iqtisadiyyat baş alıb gedir. Mütəxəssislər bunun 30 faiz olduğunu deyir, höəkumətsə 8 faiz olduğunu. Bu gün sahibkarlara verilən kreditlərin faiz dərəcəsi də xeyli yükəkdir”-deyə millət vəklili bildirb.

İ. İsmayılov hökumətin hesabatını tənqid edib.Spiker Oqtay Əsədov isə ona irad tutaraq “Bu boyda hesbatda bir dənə də olsun müsbət heç nə görmürsən” deyib.

İ. İsmayılov isə spikerə onun fikrini şərh etmək ixtiyarında olmadığını deyib. Bundan sonra millət vəkili ilə spiker arasında mübahisə yaşanıb.

O. Əsədov bildirib ki, bir-birimizə hörmət etməliyik: “Siz danışdınız mən gözlədim. İnsdi də mən danışıram, siz hörmət edib gözləməlisiniz. Günah ondadır ki siz belə imkan tapıb danışırsınız”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm