Nida.az
Əli Kərimliyə rəqib olan Sahib Kərimli: “Mənə satqın deyirlər...”
AXCP-nin qurultayında Əli Kərimliyə alternativ olan Rəyasət Heyətinin üzvü Sahib Kərimli partiya sədrliyinə namizədliyini irəli sürdüyü üçün ona satqın damğası vurduqlarını deyib.
Publika.az xəbər verir ki, bu barədə S. Kərimli
“facebook” profilində yazıb.
“Satqın deyirlər mənə. İddia qoydum, AXCP sədrliyi üçün yarışmaq
istəyirəm, buna haqqım çatır, altında niyyət axtarılır. Nədən
sataraq iddialı olum? Bəlkə inanaraq oluram? Özünə güvənərək?
Yarışaq, özümüzü təqdim edək, fayda verək. Uduzduqsa əl sıxaq,
öyrənək, öyrədək.
Bu ölkədə milli qüvvələr elə bu satqın axtarışındamı qocalacaq. Kimi kimə satırlar? Özünə güvənən, sözü olan, iddiası olan nədən azadlığını satsın? Milli olan, ölkəsinə fayda vermək istəyən iddialı adamlar, lider keyfiyyətləri olanlar satılmazlar, satın almazlar, dözümlü olarlar”, - deyə o bildirib.
S. Kərimli keçmişlə bağlı bəzi məqamlara da toxunaraq qeyd edib ki,
vaxtilə bir-birinə satqın deyən adamlar çiyin-çiyinə siyasi
fəaliyyət göstərirdi.
Asif Nərimanlı
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ