Nida.az
Hərbi muzdlularla bağlı cəzalar sərtləşdirilir
Azərbaycanda muzdlular yığma, onlara təlim keçmə, o cümlədən onlardan hərbi münaqişələrdə, hərbi əməliyyatlarda istifadə etmə ilə bağlı cəzalar ciddi sərtləşdiriləcək.
Publika.Az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən
iclasında ölkə hüdudlarından kənarda təşkilatlanaraq silahlı
münaqişələrdə iştirak etməyə görə yeni ciddi cəzaların tətbiq
olunması müzakirəyə çıxarılıb. Hüquq siyasət və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirib ki, bununla
bağlı Cinayət Məcəlləsinin 114-cü maddəsinə dəyişikliklər və yeni
283-1 maddəsi təklif olunur.
Əli Hüseynli bildirib ki, 114-cü maddəyə dəyişikliyə əsasən muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etməyə görə cəzalar 8 ildən 12 ilə qədər olacaq. (Hazırda 4 ildən 8 ilə qədərdir).
Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə isə cəza 9 ildən 15 ilə qədər olacaq.(Hazırda 8 ildən 15 ilə qədərdir).
Maddəyə edilən digər dəyişikliyə görə, muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı 5 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. (Hazırda 3 ildən 8 ilə qədərdir).
Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakla bağlı yeni 283-1 maddəsində göstərilir ki, Azərbaycan vətəndaşlarını və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, belə qrupa rəhbərlik etmə faktı 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə 12 ildən 15 ilədək cəza nəzərdə tutulur. Yuxarıda nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə isə 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Yeni maddədə göstərilən qeyddə bildirilir: yuxarıda nəzərdə
tutulmuş əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında
xəbərdar etdikdə və ya başqa üsulla həmin maddələrdə nəzərdə
tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun
əməlində başqa cinayətin tərkibi olmadıqda cinayət məsuliyyətindən
azad edilir. Layihə səsə qoyularaq qəbul olunub.
Asif
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?