Nida.az
Dini məzmunlu cinayətlər üzrə istintaq prokurorluq orqanlarından alınır
Milli Məclisinin bu gün keçirilən iclasında Cinayət Prossesual
Məcəlləsinə dəyişikliklər müzakirə olunub.
Publika.Az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat
verərək bildirib ki, məcəllənin 215.3-cü maddəsinə təklif olunan
dəyişikliyə əsasən, 167-ci (qanunsuz olaraq dini təyinatlı
ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını
istehsal etmə, idxal etmə, satma və ya yayma) və 168-ci (dini
ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə)
maddələr prokurorluq orqanları tərəfindən ibtidai istintaqı
aparılan iş üzrə maddələr siyahısından çıxarılır.
Bununla da artıq bu hallar üzrə istintaq prokurorluq orqanları tərəfindən aparılmayacaq. Prokurorluğun səlahiyyətlərindən alınan qeyd olunan maddələr üzrə ibtidai istintaqın hansı orqan tərəfindən aparılması bu məcəllənin 215.5-ci maddəsi əsas götürülərək Azərbaycan Prezidentinin qərarından asılı olacaq.
Qeyd edək ki, Cinayət Prosessual Məcəlləsinin 215.3. maddəsinin
qüvvədə olan variantına görə, ibtidai istintaq aşağıdakı hallarda
prokurorluq tərəfindən aparılır: Cinayət Məcəlləsinin 100-113,
120-125, 126.3, 135-138, 145, 146, 149, 154-164, 165.2, 165-2,
165-3, 166.2, 167-168, 169-1, 179, 189-1, 190, 191, 193-1, 195,
195-1, 202-203-1, 208, 210-212, 222, 223, 262, 268, 286-288,
290-302, 304, 307-315, 316-2.1, 317, 317-1.2, 318-1, 321, 323-cü
maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə. Layihə
səsə qoyularaq qəbul olunub.
Asif
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO