Nida.az
AXCP-nin qurultayı başladı: Rəsulzadə, Elçibəy... Kərimli – ŞOK FOTO
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bu gün
növbəti qurultayı keçirilir.
Publika.az xəbər verir ki, AXCP sədri Əli
Kərimli yetərsay olduğu üçün qurultayın keçirilməsini məqbul sayıb.
Bundan sonra qurultay öz işinə başlayıb.
Qurultayda 5 nəfərdən ibarət Say və Mandat Komissiyası, 3
nəfərdən ibarət Sədarət formalaşdırılıb.
Qurultay Səttar Bəhlulzadə adına Mədəniyyət Evində
keçirilir.
Qeyd edək ki, qurultayda təkcə Milli Şura sədri Cəmil Həsənli iştitrak edir. Müsavat və digər partiyalar tədbirə dəvət edilməyib.
Qurultayda AXCP sədrliyinə iki namizəd – hazırki sədr Əli
Kərimli və Rəyasət Heyətinin üzvü Sahib Kərimli var. İddialara
görə, S.Kərimlinin sədrliyə namizəd olması “alternativ yaratmaq
planı”na uyğun tətbiq olunub. Lakin S.Kərimli Əli Kərimlini bir çox
səhvlərinə görə ittiham edərək sədrlik iddiasında israrla
dayanıb.
Qurultayda diqqət çəkən məqamlardan biri Məmməd Əmin Rəsulzadə,
Əbülfəz Elçibəylə yanaşı, Əli Kərimlinin də fotosunun asılmasıdır.
Bu, qurultayın nəticələrinə öncədən təsir etmək kimi
dəyərləndirilir.
Asif
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ