Nida.az
Obama İlham Əliyevi təbrik etdi
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama
Azərbaycan Prezidenti İlham Əliyevi Qurban bayramı münasibətilə
təbrik edib.
Təbrikdə deyilir: "Amerika və dünya müsəlmanlarının Qurban
bayramını qeyd etdiyi bir vaxtda Mişel və mən Sizə ən səmimi
təbriklərimizi yetiririk. Biz vacib əməl olan Həcc ziyarətini
uğurla başa vurmuş üç milyon müsəlman zəvvarla birgə minlərlə ABŞ
vətəndaşını da təbrik edirik.
Həcc ziyarəti müxtəlif mənşə və ənənələrə malik insanların ortaq
bəşəri dəyərləri bölüşmək üçün bir araya gəlməsini nümayiş
etdirir.
Qurban bayramı həm sevinc və şənlik, həm də xeyriyyəçilik və
mərhəmət, dua və dərin düşüncə bayramıdır. Birləşmiş Ştatlardan və
dünyanın hər yerindən milyonlarla müsəlmanın İbrahim peyğəmbərin
oğlunu qurban verməyə hazır olmasını yad etməklə ehtiyacı olanlara
humanitar yardım göstərmələri məni ruhlandırır.
Dünyada iztirabların heç biri Birma, Nigeriya, İraq və Suriyada
münaqişədən qaçan, ağlasığmaz qəddarlıq və məhrumiyyətlərə düçar
olan günahsız kişi, qadın və uşaqların üzləşdikləri qədər
açıq-aşkar deyil.
Biz bu durumda olan qonşularına qayğı göstərmək üçün əlindən
gələni əsirgəməyən xalqları təqdir etməliyik.
Bu cür mərhəmət əməlləri bütün məzhəblərdən olan insanların
ortaq mənşə və dəyərlərini önə çəkir. Bu, mənim Prezident kimi
tanış olduğum və dəyərləndirdiyim dünya ictimaiyyətinin əsl
simasını – mərhəməti, müxtəlifliyi və əməkdaşlığı təcəssüm
etdirir.
Amerika xalqı adından dünyanın hər yerindəki müsəlman icmalarına
Qurban bayramı təbriklərimizi çatdırırıq.
Qurban bayramınız mübarək və Həcc ziyarətləriniz qəbul olsun".
-
ABŞ01:11
Fəthullah Gülən öldü, yoxsa qaçırıldı? - AÇIQLAMA
-
Qoroskop00:05
Günün ULDUZ FALI: qəfil dönüşə hazır olun
-
Sosial26 May 23:41
Samirə Mustafayevanı o əvəz etdi - FOTO
-
İdman26 May 23:36
"Qarabağ"ın futbolçuları övladları ilə - FOTO
-
Mistika26 May 23:12
Azərbaycanda təhsil ocağının həyətindən CADU TAPILDI: İçəri daxil olan hər kəsi... - VİDEO
-
Magazin126 May 22:47
Çingizdən toyu ilə bağlı ilk paylaşım - FOTO
-
İdman26 May 22:12
Bu da Premyer Liqada mövsümün ən yaxşı qolu - VİDEO
-
Səhiyyə26 May 21:24
Vərəm peyvəndi insanları bu ölümcül virusdan QORUYUR