Nida.az
Taleh Şahsuvarlının namizədliyi rəsmən qeydə alındı
Milli Məclis üzvlüyünə adaylığını 16 saylı Yasamal İkinci Seçki Dairəsindən irəli sürmüş “Gündəlik Teleqraf” qəzetinin şef-redaktoru Taleh Şahsuvarlının namizədliyi rəsmən qeydə alınıb. Bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.
Taleh Şahsuvarlı bildirib ki, o, namizədliyini dəstəkləyən hər kəsə öz dərin təşəkkürünü bildirir: “Seçki kampaniyasında deputatlığa rəsmi namizəd kimi iştirak etmək həm etimad, həm də yeni insanlarla tanışlıq və təcrübə qazanmaq şansıdır. Bu baxımdan mənə etimad göstərmiş, göstərən, göstərəcək bütün insanlara sonsuz ehtiramımı bildirirəm. 16 saylı Yasamal İkinci Seçki Dairəsində doğrudan da demokratik bir seçki ab-havası var. Əgər fikir verirsinizsə, bu dairədən, ümumiyyətlə bu rayondan namizədlərin irəli sürülməsi, imza toplanması, qeydiyyatı prosesində heç bir mənfi informasiya yayılmayıb. Təxmin edirəm ki, bizim dairədə ən azı 10 nəfər 1 noyabr seçkilərində Milli Məclisə üzv olmaq üçün yarışacaq. Fürsətdən istifadə edib, bütün iştirakçılara yaxşı düşünülmüş seçki mübarizəsi, fəal seçki kampaniyası aparmaq üçün yüksək enerji arzu edirəm”.
Deputatlığa namizəd bildirib ki, seçki kampaniyasının bundan sonrakı mərhələlərində addımlarını Seçki Məcəlləsinin tələblərinə, Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qrafikə əsasən atacaq:
“Mənim bu seçkilərdə iştirakda əsas məqsədim Prezident İlham Əliyevin hakimiyyətinin intellektual müdafiə xəttinin güclənməsinə bacardığım qədər yardım etməkdir. Qalan məsələlər alın yazısıdır”.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Hadisə15:20
Azərbaycanda faciəli şəkildə ölən müstəntiqin FOTOLARI
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi