Nida.az
MSK Hafiz Babalı ilə bağlı çıxarılan qərarı ləğv etdi
Bu gün Mərkəzi Seçki Komissyasının (MSK) növbəti iclası keçirilib.
Publika.az-ın məlumatına görə, iclasda hakim Yeni Azərbaycan Partiyasının (YAP) və Ana Vətən Partiyasının (AVP) bir neçə səlahiyyəti nümayəndəsi qeydə alınıb.
Sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
İclasda bu il noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb.
MSK katibi Arifə Muxtarova deyib ki, 70 saylı Masallı şəhər seçki dairəsindən namizədliyini irəli sürən Novruz Cəfərli MSK-ya müraciət edib. O müraciətində bildirib ki, dairə seçki komissiyası onun namizədliyini əsassız olaraq qeydə almayıb.
Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, onun Dairə Seçki Komissiyasına təqdim etdiyi imzaların 548 imzadan 200 imza etibarsızdır. Buna görə də onun namizədliyi qeydə alına bilməz. MSK Novruz Cəfərlinin şikayətini təmin etməyib.
42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürən “Turan” informasiya agentliyinin əməkdaşı Hafiz Babalının müraciətinə baxılıb. O bildirib ki, müvafiq dairə seçki komissiyası onun namizədliyini əsassız olaraq qeydə almayıb. Bildirilib ki, H.Babalının DSK-ya təqdim etdiyi imzaların 469-u etibarlıdır, yəni, imzalar seçki məcəlləsinə uyğun toplanılıb.
MSK-nın iclasında qərara DSK-nın H.Babalı ilə bağlı çıxardığı qərar ləğv edilərək, onun namizədliyi qeydə alınıb.
63 saylı Sabirabad birinci seçki dairəsindən namizədliyini irəli sürən Şahin Qafarov MSK-ya müraciət edərək, dairə seçki komissiyasının qərarını mübahisələndirib. MSK onun şikayətini təmin etməyib.
MSK üzvü Validə Kazımova deyib ki, Ümid Partiyası tərəfindən 91 saylı Tərtər seçki dairəsindən namizədliyi irəli sürülən Tamilla Məmmədovanın (Qulami) MSK-ya müraciət etdiyini bildirib.
T.Məmmədovanın müraciəti araşdırılıb, məlum olub ki, onun DSK-ya təqdim imzalar yetərli deyil, ona görə də namizədliyi qeydə alına bilməz. Müraciət əsassız elan edilib.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürən Tariyel Vəliyevin müvafiq DSK-nın onun namizədliyini qeydə almaması ilə bağlı müraciətinə baxılıb.
Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, DSK-ya təqdim edilən imzaların sayı yetərli olmayıb. MSK onun müraciətini təmin etməyib.
İclasda iştirak edən T.Vəliyev isə qərarın əsassız olduğunu bildirib.
O, imzatoplama kampaniyası zamanı təzyiqə məruz qaldığını, namizədliyinin geri götürülməsi ilə bağlı təhdid olunduğunu iddia edib.
Vasif Həsənli
-
Cənubi Qafqaz14:32
Paşinyanın Əliyevin qarşısındakı duruşu Ermənistanda gündəm oldu - FOTO
-
Sosial14:12
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - Video
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...
-
Sosial11:06
Pensiya alanların nəzərinə!
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO