Nida.az
İsa Qəmbər araya girdi, Vurğun Əyyubla Arif Hacılı razılaşdı – Seçki gedişi
Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədr müavini Vurğun Əyyubun noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi qeydə alınıb.
Publika.az xəbər verir ki, 30 saylı Suraxanı
birinci seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürən
V. Əyyub YAP-ın namizədi Sevinc Fətəliyeva ilə mübarizə aparmalı
olacaq. S. Fətəliyevanın da namizədliyi rəsmən qeydə alınıb.
Maraqlıdır ki, Müsavat Partiyası VIII qurultayından sonra əsas
rəqibləri sırasına daxil olan V. Əyyuba qarşı rəqib irəli sürməyib.
Belə ki, partiyanın bu dairədən namizədi yoxdur. Eyni rayon üzrə
yerləşən ikinci seçki dairəsindən isə partiya başqanı Arif
Hacılının qardaşı Mustafa Hacıbəylinin namizədliyini irəli
sürüb.
ADR-dəki mənbələrdən əldə etdiyimiz məlumata görə, V. Əyyuba qarşı
namizədin irəli sürülməməsi haqda tərəflər arasında razılıq əldə
olunub. Belə ki, hakim partiyanın V. Əyyubun qeydə alındığı dairə
üzrə namizədi güclüdür və buna görə Müsavat həmin dairədən namizəd
irəli sürməklə səsləri bölmək istəməyib. Razılıq prosesinin əsas
memarının İsa Qəmbər olduğu deyilir.
Məsələ ilə bağlı V. Əyyubun münasibətini öyrənə bilməsək də, mənbə ADR ilə Müsavat arasında budəfəki seçkilərlə bağlı ümumi razılığın olduğunu bildirib.
“ADR bu seçkilərdə namizədlər çıxış etməyib. Sadəcə olaraq, V.
Əyyubun bitərəf namizəd olması qərarı verilib. Müsavatın
namizədlərinə qarşı namizəd irəli sürməyən ADR də onların V. Əyyuba
qarşı çıxmamasını istəyib. Beləliklə, razılıq əldə olunub”, - deyə
məlumatda qeyd olunur.
Asif Nərimanlı
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI