Nida Xəbər
Nazirlik təyyarənin "qara qutu"ları ilə bağlı MƏLUMAT YAYDI
Azərbaycanın obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin "qara qutu"ları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunub.
Publika.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
CENIPA-da "qara qutu"ların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcəkdir. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etmək məqsədi daşıyır.
Bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyinə dair mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir. Azərbaycanlı mütəxəssislərin bilavasitə iştirak etməsi və beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini və dəqiqliyini daha da gücləndirəcək.
Məlumat üçün bildiririk ki, CENIPA təyyarə qəzalarının araşdırılmasında yüksək texniki imkanlara malikdir. Mərkəz müasir avadanlıqlarla təchiz olunub və məlumatların deşifr edilməsi üçün beynəlxalq səviyyədə sertifikatlaşdırılmış laboratoriyalara sahibdir.
-
Magazin101:20Azərbaycanlı bloqer canlı yayım zamanı döyüldü - VİDEO
-
ABŞ00:55Tramp Baydenin avtomatik qələmlə imzaladığı bütün sənədləri LƏĞV ETDİ
-
Dünya00:15Qara dənizdə daha bir tanker zərbə aldı - YENİLƏNDİ
-
Region28 Noyabr 22:54Ruhani öz oğlunu öldürüb? - TƏFƏRRÜAT/VİDEO
-
Hadisə28 Noyabr 21:59Azərbaycanda toy yasa çevrildi
-
Səhiyyə28 Noyabr 21:35"Referans"da pasiyentə səhvən xərçəng diaqnozu qoyuldu - FOTOFAKT
-
Dünya28 Noyabr 19:40Andrey Yermak istefa verdi
-
Hadisə28 Noyabr 19:15Bakıda çoxmərtəbəli binada YANĞIN baş verdi - FOTO/VİDEO/YENİLƏNDİ









.jpg)
.jpg)

























