Nida.az
"Təhsil haqqında" qanuna dəyişiklik olundu
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Publika.az-ın məlumatına görə, məsələ ilə bağlı çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirilib ki, dəyişikliyə əsasən, magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda yaradıla bilər: “Dəyişiklik elm və təhsil sahəsində inteqrasiyanı təmin etmək məqsədi ilə magistratura səviyyəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda da yaradılmasını nəzərdə tutur. Artıq belə təcrübə var. AMEA belə təşəbbüslə çıxış edib və görürük ki, gözəl nəticə əldə olunub. Bu məsələ gözəl qarşılanıb, komitədə müzakirə edilib”.
AMEA-nın vitse-prezidenti, deputat İsa Həbibbəyli isə deyib ki, artıq bu il ölkə başçısının dəstəyi ilə TQDK tərəfindən AMEA-da magistraturasına qəbul aparılıb və müxtəlif institutlarda tədris başlayıb: “Akademiyanın böyük elmi texniki bazası, laboratoriyası var və magistratura təhsilinə akademiya layiqincə töhfə verəcək. Təklif edirəm ki, “Təhsil haqqında” qanuna edilən bu dəyişiklik “Elm haqqında” qanuna da edilsin. Düzdür, “Elm haqqında” qanunda bu haqda bildirilib, amma bu o qədər də açıq və konkret qeyd edilməyib. Ona görə bu dəyişikliyin gələcəkdə müzakirəyə çıxaracağımız “Elm haqqında” qanuna da edilməsi zəruridir”.
Daha sonra qanun layihəsinə edilən dəyişiklik qəbul olunub.
Vasif Həsənli
-
Sosial12:05Azərbaycanlı tələbələr bu ölkəyə buraxılmadı - RƏSMİ
-
Sosial11:30Polad Bülbüloğluya qarşı şok ittiham: Ramiz Mehdiyev ilə...
-
Region10:42Paşinyan qəzəbləndi, zalı tərk etdi: Bu gün Ermənistan parlamentində nə baş verib?
-
Ekologiya10:36Dünya buz dövrünün astanasında: Vaxt daralır, millətin mövcudluğu təhlükə altındadır
-
Sosial09:36Rusiya və Gürcüstanda 5, bizdə 10 faiz - Deputat bu verginin azaldılmasını təklif edir
-
MDB09:12Qonşuda avtomobillər rekord həddə bahalaşdı: Səbəbi bəllidir
-
Region08:10Türkiyədə ard-arda 3 güclü zəlzələ baş verdi
-
ABŞ07:55Tramp şatdauna son qoyan qanunu imzaladı











.jpg)







.png)








.jpg)





.jpg)



