AXCP üzvü Əli Kərimliyə: “Əsl işverənlərin kim olduğu hamıya aydındır”
Bizi izləyin

Nida.az

AXCP üzvü Əli Kərimliyə: “Əsl işverənlərin kim olduğu hamıya aydındır”

AXCP-nin veteran üzvlərindən olan Rafiq Daşdəmirli AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsində təmsil olunanları təhqir edən Əli Kərimlinin düşərgəsinə müraciət edib.


Publika.az xəbər verir ki, R. Daşdəmirli fikir ayrılığının, bir-birinə əks qütbdə dayanmağın düşmənçilik olmadığını bildirib. “Bəzi başıboşların tərbiyəsizliyi nəticəsində bu hal düşmənçilik mövqeyinə çevrilməkdədir. Tutaq ki, cavanlar başa düşmürlər. Bəs böyüklərə nə olub? Niyə ağzınıza gələn, gəlməyən o təhqirləri yazırsınız, məgər sizin ailəniz, övladlarınız yoxdur? Tutaq ki, gəncdir, bilmədi, səhv etdi, yazdı (hərçənd ki, onlara da rəva deyil) bəs siz universitet müəllimi, yalançı sədr, Milli Şura üzvü, necə rəva bildiniz ki, insanların ailələri, körpələri təhqir olunsun?”


Söyüş və təhqirin artıq davaya keçdiyini deyən Rafiq Daşdəmirli hesab edir ki, ağsaqqallar araya girməli, gəncləri sakitləşdirməlidirlər: “Dünənə kimi toyda, yasda bir yerdə olanlar davaya çıxırlar. Hər halda, günah böyüklərdədir. Bəs necə edək? Sən məni təhqir et, döy, sonra da utanmadan hər yerdə yaz ki, “işverənlər polisə şikayət ediblər?” Nədir bunun alternativi, varmı? Əgər varsa, deyin bilək. Onda gərək bir-birlərini bıçaqlayıb öldürəydilər? Biz də heç kimin tutulmasını, heç kimin pis gününü arzulamırıq. İstəmərəm ki, hətta mənim ailəmi, övladımı təhqir edənlərə nəsə olsun.

Amma Allah var, haqq var. Allah nə vaxtsa cəzasını verəcək. Ən çox təhqir edən, ən çox saxtalıq edən Məmməd bəy (Nərimanov cəbhəçisini döydüyü üçün həbs olunan Məmməd İbrahim-red.), heç vaxt zorakılığı sevməmişəm. Bu zorakılıqlar isə Günəşlidən başlanıb. Əlimdən nə gəlir? Əsl işverənlərin kim olduğu hamıya aydındır. Dayandırın bu söyüş, təhqir makinanızı, başbilənlər”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm