Nida.az
Rusiyalı politoloq: “Moskva bunu etsə, Azərbaycanı birdəfəlik itirər...”
“Qarabağda yeni müharibənin olacağı çox da inandırıcı deyil. Kiçik qarşıdurmaların olması mümkündür, lakin real olaraq böyük müharibədən danışmaq tezdir. Çünki bu müharibə nə Azərbaycana, nə Ermənistana, nə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə sərf etmir. ABŞ və Avropanın müharibəni niyə istəməməsi aydındır. Rusiyanın özü də regionda yeni münaqişə istəmir”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı
politoloq Vadim Dubnov deyib.
Onun sözlərinə görə, Rusiyanın Qarabağa sülhməramlı çıxarması
mümkündür: “Lakin bu, Moskvanın Azərbaycanı birdəfəlik itirməsi ilə
nəticələnə bilər. Bunu Kreml istəmir. Bakının sülhməramlıların
Qarabağa daxil olmasına icazə verməsi də inandırıcı deyil. Ən
azından Rusiya bunun əvəzində ona ciddi vəd verməlidir. Halbuki
Moskva belə bir vəd verə bilmir”.
V. Dubnov qeyd edib ki, təmas xəttində artilleriyanın işə düşməsi
yaxşı hal deyil: “Lakin fikrimcə, münaqişəyə nəzarət olunur. Sadəcə
olaraq, hazırkı status-kvo Azərbaycana sərf etmir və o, dünyanın
diqqətində bu məsələni daim gündəmdə saxlamağa çalışır. Ermənistana
gəlincə, Serj Sarkisyan müharibə ritorikası ilə məşğuldur. Eyni
zamanda, o, təkcə Ermənistanın mövqeyini nümayiş etdirmir,
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həmçinin Rusiyanın
deyə bilmədiklərini də dilə gətirir. Yəni Moskva özünün birbaşa
demək istəmədiklərini Sarkisyanın dili ilə söyləyir”.
Asif Nərimanlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ