Nida.az
Rusiyanın Xəzər atəşi: xəbərdarlıq, yoxsa... sayıqlama
Rusiyanın Suriyada İŞİD mövqelərini Xəzərdən 26 qanadlı “Kalibr” raketi ilə vurması tamamilə təbliğat xarakteri daşıyırdı.
Publika.az xəbər verir ki, bu barədə Polşanın
“Gazeta Wyborcza” nəşri yazıb.
Nəşr yazır ki, Kreml bununla bir neçə məqsədə nail oldu:
“Birincisi, o, dünyaya müasir silaha malik olduğunu nümayiş
etdirdi. Axı belə raketlər Qara dənizdən atılacaqsa, nəinki
Yunanıstan və Rumıniyanı, hətta İtaliya, Almaniya, Baltikyanı və
Skandinaviya ölkələrini vura bilər. İkincisi, Rusiya SSRİ
dağılandan sonra Xəzər dənizinin sərvətləri uğrunda mübarizə aparan
ölkələrə xəbərdarlıq etdi”.
Nəşr iddia edir ki, Rusiya gələn dəfə “Kalibr” raketləri ilə
Xəzərdə Azərbaycan və Qazaxıstan donanmasına zərbə endirə bilər:
“Bununla yanaşı, Rusiya Suriyanı Xəzərdən bombalamaqla öz
silahlarını gələcək alıcılar üçün reklam etmiş oldu”.
Polşanın Milli Təhlükəsizlik Bürosu rəhbərinin keçmiş müavini,
general Roman Polko hesab edir ki, Rusiyanın Xəzərdən raket atması
hər şeydən öncə Qərb üçün siqnal idi: “ABŞ Əsədlə razılaşa bilmədi,
İŞİD-ə qalib gələ bilmədi. Rusiya bu səhvlərdən istifadə edərək,
Qərbə bacarıqsız olduqlarını nümayiş etdirmək istəyir”,
Rusiyalı politoloq Andrey Trop isə nəşrin yazdıqlarının
sayıqlama olduğunu deyib.
“Rusiyanın öz müttəfiqlərini, xüsusilə Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatında və Şanxay Əməkdaşlıq Təşkilatında ittifaq
qurduğu Qazaxıstanı vurması haqda iddialar təəccüblü və gülməlidir.
Rusiyanın Azərbaycanla münasibətləri olduqca yaxşıdır və onların
Xəzərdə bölüşdürə bilməyəcəkləri heç nə yoxdur. Bunlar sadəcə
polyakların sayıqlamalarıdır”, - deyə rusiyalı ekspert qeyd
edib.
Asif Nərimanlı
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər