Həmsədrlər ilin sonunadək prezidentlərin görüşünü planlaşdırır
Bizi izləyin

Nida.az

Həmsədrlər ilin sonunadək prezidentlərin görüşünü planlaşdırır

ATƏT-in Minsk qrupunun həmsədrləri cari ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək niyyətindədir.

Publika.az “Novost-Armeniya” xəbər saytına istinadən bildirir ki, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, yüksək səviyyədə görüşün təşkili Bakı və İrəvana səfər zamanı müzakirə olunacaq məsələlərdən biri olacaq.

“Mən bildiyimə görə, Ermənistanda dekabrın əvvəlində referendum keçiriləcək. Buna görə görüş prezidentlərin qrafiklərinə əsaslanaraq referendumdan sonra, amma ilin sonuna kimi təşkil edilə bilər”, - Uorlik qeyd edib.

Onun sözlərinə görə, daha əvvəl aşağı səviyyədə danışıq prosesini intensivləşdirmək lazımdır. Amerikalı həmsədr bunun komissiya və ya işçi qrupu səviyyəsində ola biləcəyini deyib. Ceyms Uorlik xalq diplomatiyası layihələrinə həmsədrlərin kömək göstərməyə hazır olduğunu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm