Nida.az
AŞPA müşahidə missiyası seçkiləri 30 nəfərlik heyətlə izləyəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müxtəlif partiyalardan olan 30 nəfərdən ibarət müşahidə missiyası Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək.
AŞPA-nın Mətbuat Mərkəzindən Secki-2015.az saytına verilən məlumata görə, missiyanın rəhbəri İspaniyadan olan parlamentari Yordi Cukladır.
Müşahidə missiyasının Azərbaycanda Milli Məclisin rəhbərliyi, həmçinin parlamentlərarası dostluq qruplarının rəhbərləri və üzvləri, o cümlədən parlamentdə təmsil olunmayan müxalifət partiya və hərəkat nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Missiya üzvlərinin kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşləri planlaşdırılır. Seçki günü AŞPA dan olan parlamentarilər ölkənin müxtəlif yerlərində səsvermə prosesinin gedişini izləyəcəklər.
Nümayəndə heyətini, həmçinin Venetsiya Komissiyasının üzvləri - Avropa Şurasının müstəqil ekspertlərdən ibarət qrupu da müşayiət edəcək.
Məlumat üçün bildirək ki, seçkiöncəsi nüməyəndə heyəti sentyabrın 21-22-də Azərbaycanda səfərdə olub. Onlar ölkəmizdə çoxsaylı görüşlər keçiriblər.
Qeyd edək ki, AŞPA 1974-cü ildən etibarən müxtəlif ölkələrdə 150-yə yaxın seçkini müşahidə edib.

-
Nida Xəbər 15:34
Bir qrup QHT bəyanat yaydı: - Londonda səfirliyimizə hücum edən VANDALLAR tapılıb cəzalandırılmalıdır
-
Sosial15:19
Xankəndinə çatanda ermənilərin telefonuna gələn SMS - FOTO
-
Hadisə14:58
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırma başladı
-
Qarabağ 14:46
Larisa Alaverdyan: - Azərbaycanlılar Ermənistana QAYIDACAQ
-
ABŞ14:38
Bu hadisə ABŞ üçün tam uğursuzluq idi, çünki... - Con Bolton
-
Digər14:21
"Donetskin açarı" TUTULDU: - Kiyek TƏKZİB etdi
-
Dünya13:34
Tacikistanda “Regional Əməkdaşlıq-22” hərbi təlimləri - 7 ölkə iştirak edir
-
Magazin113:26
Pərvin Abıyeva bikinidə rəqs etdi - VİDEO