Nida.az
Hacı Madər Musayevin vəkilləri görüşləri yekunlaşdırdılar
10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi üzrə Milli Məclisə bitərəf namizəd Hacı Madər Musayevin Seçki Qərargahının üzvləri seçki marafonu çərçivəsində seçicilərlə son görüşlərini Binəqədi qəsəbəsində keçiriblər.
Əvvəlcə Hacı Madər Musayevin millət vəkili kimi son beş ildə göstərdiyi fəaliyyəti, gördüyü işləri, irəli sürdüyü təşəbbüsləri əməli nəticələrlə sübuta yetirən video-süjet nümayiş olunub.
Sonra seçicilərin böyük ruh yüksəkliyi ilə qatıldığı görüşü açıq elan edən namizədin Seçki Qərargahının rəhbəri Niyaz Niftiyev bildirib ki, Hacı Madər Musayevin doğma ocağı olan Binəqədi qəsəbəsində yekun vurulan seçki yarışması bir sıra spesifik xüsusiyyətlərlə tarixə qovuşur: “Bu ilk növbədə Hacı Madər Musayevin təkrarən öz namizədliyini doğma kəndinin də daxil olduğu 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən irəli sürməsi amilidir. Video-süjetdən də şahidi oldunuz ki, Hacı Madər seçicilərinin etimadını doğruldaraq alın açıqlığı ilə yenidən öz namizədliyini irəli sürmüşdür. O yenə də ölkə rəhbərliyinin yürütdüyü quruculuq siyasəti əsasında Binəqədi, Biləcəri qəsəbələrində, digər ərazilərdə həllini gözləyən bir çox layihələrin irəli sürülməsində və həyata keçirilməsində xüsusi təşəbbüskarlıq nümayiş etdirmək niyyətindədir. Seçki platformasında da qeyd etdiyi kimi, ölkədə aparılan siyasi, iqtisadi islahatlara adekvat olaraq yeni-yeni iş yerlərinin açılması, təmsil etdiyi qəsəbələrin ekoloji durumunun yaxşılaşdırılması, sağlam təfəkkürlü gənc nəslin formalaşdırılması üçün xüsusi layihələrin gerçəkləşdirilməyinin tərəfdarıdır”.
Seçki Qərargahının rəhbəri çıxışının sonunda seçiciləri bir daha seçki günü fəallıq nümayiş etdirməyə, ailəlikcə gəlib öz namizədlərinə - “Vəd verənə deyil, iş görənə, əməl sahibinə” səs verməyə dəvət edib.
Sonra namizədin çıxış edən vəkilləri Məlahət İbrahimova, Almaz Hacıyeva, Şahrza Ağayev, Nəzirməmməd Quliyev çıxış edərək Hacı Madər Musayevin deputatı və namizədi olduğu ərazi üçün gördüyü işləri konkret misallar əsasında çoxsaylı görüş iştirakçılarının diqqətinə çatdırıblar.
Görüşün sonrakı gedişiatı seçicilərin çıxış və təklifləri ilə müşayiət olunub. Ərazidə yaşayan yazıçı-publisist Etibar Etibarlı, Binəqədi qəsəbə məscidinin axundu Şahbala Əliməmmədov, Mirəz Cəbiyev, Ağabala Musayev və başqaları ötən dönəmlərdəki fəaliyyətinə görə yenidən Hacı Madər Musayevə etimad göstərəcəklərini xüsusi vurğulayıblar.
Görüş boyu Hacı Madər Musayevin Seçki Qərargahının marafon boyu keçirdiyi bütün görüşlərdən fraqmentləri özündə əks etdirən slayd-şou nümayiş etdirilib.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi