Ombudsman: “Bizə heç bir şikayət daxil olmayıb”
Bizi izləyin

Nida.az

Ombudsman: “Bizə heç bir şikayət daxil olmayıb”

“Biz Ombudsman təsisatı olaraq Azərbaycanda keçirilən seçkiləri müşahidə etməkdə maraqlı idik. Ona görə də Ombudsman təsisatının əməkdaşı ilə bu gün səhər saat 7:30-da, hələ seçki məntəqələri açılmamış 29 saylı Səbail Seçki Dairəsində olduq. Havanın soyuq olmasına baxmayaraq, seçki məntəqəsi açılmamışdı. Ancaq qarşısında cavan, qoca da daxil olmaqla, 14 nəfər gözləyirdi”.

Publika.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova bildirib.

Onun sözlərinə görə, günün sonuna qədər Bakıdakı bütün seçki dairələrindəki müxtəlif seçki məntəqələrinə baş çəkib, müşahidəçilərlə, seçicilərlə danışıblar: “Tam səmimi deyirəm ki, bizə heç bir şikayət daxil olmayıb. Yalnız bir seçki məntəqəsində gənc mənə dedi ki, pəncərəyə baxın, orada ikinci dəfə səs verən var. Elə o cavan oğlanın əlindən tutdum, dedim ki, indi mənimlə ora gedəcəksən. Gəlib gördük ki, elə bir şey yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm