BAXCP sədrinin müavini rəqibini təbrik etdi
Bizi izləyin

Nida.az

BAXCP sədrinin müavini rəqibini təbrik etdi

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı : “Əbülfəz Elçibəy demişkən zaman seçki sistemində də islahatları qacılmaz edəcək”

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilmiş Hacı Salayevi təbrik edirəm və ona uğurlar arzulayıram. Digər tərəfdən çox sevincliyəm ki, liderim-BAXCP sədri Qüdrət Həsənquliyev 7 saylı Culfa-Ordubad seçki dairəsindən böyük səs çoxluğu ilə, 20 000-dən artıq səs qazanmaqla QALİB gəldi! Qüdrət bəy yenidən on minlərlə üzvü olan BAXCP kimi milli partiyanı parlament partiyası edə bildi.

Əlbəttə bu seçkilərdən gözləntilərimiz çox böyük idi, amma ölkədə proporsional seçki sisteminin mövcud olmaması, partiyamızın maddi imkanlarının məhdudluğu və seçicilərin partiyaların seçki fonduna maliyyə vəsaiti köçürməkdə maraqlı olmaması, seçki məcəlləsinin 60-dan az namizədi qeydə alınmış partiyalara pulsuz efir vaxtı nəzərdə tutulmaması , müxalif namizədləri iqtidar və imkanlı bitərəf iş adamları qarşısında qeyri-bərabər vəziyyətdə qoymuşdu. Bütün bunlara baxmayaraq biz ruhdan düşmürük və əminlik ki, milli azadlıq ərəkatının lideri Əbülfəz Elçibəy demişkən zaman seçki sistemində də islahatları qacılmaz edəcək. Bu zaman öz mütərəqqi ideyaları ilə həmişə fərqlənmiş BAXCP cəmiyyətdə olduğu kimi parlamentdə də aparıcı siyasi qüvvəyə çevriləcək.

Əminəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan parlamentli respublikaya çevriləcək və bizdə də digər demokratik ölkələrdə olduğu kimi parlamentdə güclü fraksiyalar və rəqabət olacaq, siyasi partiyalar bir-birinə nəzarət etmək imkanı qazanacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm