Sudanda ölən erməni pilot Qarabağda vuruşub - FOTOLAR
Bizi izləyin

Nida.az

Sudanda ölən erməni pilot Qarabağda vuruşub - FOTOLAR

Cənubi Sudanda qəzaya uğrayan “AN-12” tipli təyyarənin ekipajının komandiri Qevorq Tovmasyan Azərbaycan torpaqlarının işğalında yaxından iştirak edib.

Publika.az “News.am” saytına istinadən xəbər verir ki, bu barədə pilotun həyat yoldaşı Qoar Sarkisyan bildirib.

Onun sözlərinə görə, Qevorq Tovmasyan uzun illər hərbi pilot işləyib və ən mürəkkəb reysləri həyata keçirib. Erməni pilot Qarabağ müharibəsi zamanı helikopterlə yaralıları daşıyır, cəbhədəki döyüşçülərə dərmanlar çatdırırdı.

Qevorq həmçinin Əfqanıstanda müharibəsində iştirak edib.

“Qevorq müstəqil Ermənistanda pilot diplomu alan ilk şəxs idi. Amma onu heç kim qiymətləndirmədi və biz Almaniyaya köçdük. Almaniyadan 2005-cidə qayıtdıq. Qevorq işsiz idi, müəyyən vaxt isə “Eyr Armeniya” aviaşirkətində işlədi. Şirkət bağlanandan sonra pul qazanmaq üçün xaricə getməyə məcbur oldu”, - Qoar Sarkisyan bildirib.

O, əmindir ki, təyyarə texniki nasazlığa görə qəzaya uğrayıb.

Xatırladaq ki, “An-12” yük təyyarəsi Cənubi Sudanda noyabrın 4-də qəzaya uğrayıb. Təyyarənin ekipaj üzvlərindən 5-i erməni, 1-i isə rus olub və hamısı ölüb. Rəsmi məlumatlara görə, ümumilikdə qəza baş verən zaman təyyarənin göyərtəsində 17 nəfər olub və onlardan yalnız 3-ü sağ qalıb.

Yerli media isə təyyarədə təxminən 40 nəfərin həlak olduğunu yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm