Nida.az
Əli Həsənov: “Ən böyük maneə Qarabağ münaqişəsidir”
Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, demokratik, dinamik inkişaf edən və yüksək beynəlxalq nüfuza malik ölkədir. Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir, hər kəsin fikir, söz və məlumat azadlığı təmin olunmuşdur, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransında çıxışında bildirib.
1990-ci illərin əvvəllərində müstəqillik əldə etdikdən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratik, plüralist cəmiyyətin formalaşdırlması qarşıda duran başlıca vəzifə kimi müəyyən edilmişdir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və bu gün 20 yaşı tamam olan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında hakimiyyət bölgüsünün, liberal iqtisadiyyatın, vətəndaş cəmiyyəti quruculuğunun, insan hüquq və azadlıqlarının təməl prinsipləri təsbit olunmuş və sonrakı mərhələdə uğurla həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəti
mövqeyi ondan ibarətdir ki, müasir dövrdə müstəqil siyasi kurs,
liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti hər bir ölkənin
dinamik inkişafını təmin edən başlıca vasitələrdir. Məhz buna görə
də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi,
insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti
institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin
stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata
keçirir.
Müstəqillik illərində Azərbaycan özünün yeni inkişaf modelini
yaratmış və mütərəqqi təcrübə kimi onu bütün dünyaya təqdim
etmişdir. Cəmi 10 il ərzində iqtisadi potensial 3 dəfədən çox
artmış, yoxsulluq və işsizlik kimi problemlər əsaslı şəkildə həll
edilmiş, sosial-iqtisadi infrastruktur ən qabaqcıl standartlara
uyğun yenidən qurulmuş, davamlı sosial rifah və ümumilikdə, ölkənin
müasir simasının formalaşdırılması istiqamətində nəhəng işlər
görülmüşdür.
Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olmuşdur.
Ancaq bütün bu nailiyyətlər heç də asan əldə edilməmişdir. Ötən
əsrin sonlarında Azərbaycan qonşu Ermənistanın ərazi iddiaları və
təcavüzkar siyasəti ilə üz-üzə qalmışdır. Birmənalı şəkildə demək
olar ki, ermənilər məqsədyönlü şəkildə münaqişəni silahlı mübarizə
müstəvisinə keçirmişdir. Hələ 1980-ci illərin sonlarında
Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı deportasiya
olunmuşdur. 1992-ci ilin əvvəllərində isə Ermənistan Azərbaycana
qarşı hərbi əməliyyatlara başlamışdır. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərində
soyqırımı törədilmiş, yüzlərlə insan qətlə yetirilmiş, mindən artıq
sakin isə əsir götürülmüşdür. Daha sonra Dağlıq Qarabağ bölgəsinin
(4 400 kv. km) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4
dəfə böyük olan ətrafındakı 7 rayon ( 17 000 kv.km) ermənilər
tərəfindən işğal olunmuş, bir milyona yaxın azərbaycanlı məcburi
köçkün vəziyyətinə salınmışdır. Hazırda Azərbaycan ərazisinin 20
faizi işğal altındadır. Qarabağ uğrunda döyüşlərdə 20 mindən çox
Azərbaycan vətəndaşı həlak olmuş, 100 000 nəfərədək yaralanmış, 50
000 nəfər isə əlil olmuşdur. İşğal edilmiş ərazilərdə bütün sosial,
iqtisadi və mədəni infrastruktur dağıdılmışdır.
BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan
ərazilərini işğal etməsi ilə əlaqədar 7 bəyanat və 4 qətnamə (822,
853, 874, 884 saylı) qəbul etmişdir. Lakin Ermənistan indiyə kimi
bu qətnamələrin tələblərini yerinə yetirmir və beynəlxalq hüquqa
zidd mövqeyini davam etdirir.
1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə
toplantısında münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi
bazasını təşkil edən sənəd qəbul olunmuşdur. Zirvə toplantısı
zamanı Prezident Heydər Əliyevin gərgin əməyi və diplomatik
istedadı sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini
müəyyənləşdirən xüsusi bəyanat qəbul edildi. Bu bəyanat Ermənistan
istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olunmuş və
Lissabon sammitinin yekun qərarında öz əksini tapmışdır.
Dünyanın digər nüfuzlu beynəlxalq təşkilatları da münaqişənin
həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən çoxsaylı qərar
və qətnamələr qəbul etmişlər. 2005-ci il yanvarın 25-də Avropa
Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə Azərbaycan
ərazilərinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin
işğalı altında olduğu və separatçıların Dağlıq Qarabağ regionuna
nəzarət etdiyi göstərilmişdir. Qətnamədə Ermənistanın yeritdiyi
etnik təmizləmə siyasəti pislənmiş, bu siyasətin və hərbi
əməliyyatların monoetnik ərazilərin yaranmasına gətirib
çıxarmasından narahatlıq bildirilmişdir. Bununla yanaşı, sənəddə
deyilmişdir ki, Avropa Şurasının üzvü olan ölkənin başqa ölkənin
ərazilərini işğal altında saxlaması onun öhdəliklərinə açıq-aşkar
ziddir.
2015-ci il oktyabrın 1-də AŞPA-nın Siyasi məsələlər komitəsinin
iclasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş
ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün
məruzəçi təyin edilmişdir.
Avropa Parlamenti də Cənubi Qafqazda təhlükəsizliyin təmin
edilməsinə mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinə dair sənədlər qəbul etmişdir. 2010-cu il
mayın 20-də qurumun qəbul etdiyi “Cənub Qafqaz üçün Avropa
İttifaqının strategiyasına ehtiyac üzrə” qətnamədə “Dağlıq Qarabağ
da daxil olmaqla, Dağlıq Qarabağı əhatə edən bütün işğal olunmuş
Azərbaycan torpaqlarının tez bir zamanda boşaldılması” tələb
olunmuşdur.
Onu da qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn norma və prinsipləri əsasında həllini ehtiva edən 20-yə
qədər sənəd qəbul etmişdir.
2010-cu il noyabrın 20-də NATO-nun qəbul etdiyi Bəyannamədə
bildirilmişdir ki, təşkilat Azərbaycan, Gürcüstan, Ermənistan və
Moldovanın ərazi bütövlüyünü dəstəkləyir və bütün münaqişələrin
sülh yolu ilə həllinə tərəfdar çıxır.
Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda sülh və
təhlükəsizliyin təmin edilməsi məsələsinə böyük önəm verir və bu
istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Azərbaycan
torpaqlarının 20%-i işğal altında saxlayan, digər region ölkələrinə
qarşı ərazi iddiaları, həmçinin Türkiyəyə qarşı qondarma “erməni
soyqırımı” tələbi irəli sürən, torpaq və təzminat tələb edən
Ermənistan isə öz təcavüzkar siyasəti ilə regional təhlükəsizliyi
ciddi şəkildə təhdid edir. Ermənistan bu iddialarını həyata
keçirmək üçün terroru da bir vasitə kimi seçmişdir. Belə ki,
1984-cü ildən bu günə qədər erməni terrorçu qrupları Azərbaycan
ərazisində 388 terror aktı törətmiş və nəticədə 1189 nəfər ölmüş,
1705 nəfər yaralanmış və əlil qalmışdır.
Qeyd etmək istərdik ki, Azərbaycan Xəzər hövzəsini Qərb dövlətlərinin üzünə açan, bu ərazini beynəlxalq əməkdaşlıq arenasına çevirən ölkədir. Müstəqillik illərində Azərbaycanın öz tərəfdaşları ilə həyata keçirdiyi transmilli enerji layihələri regionun inkişafında, bölgənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamışdır. Bu gün Azərbaycan həm də Avropanın enerjiyə olan ehtiyaclarının ödənilməsinə önəmli töhfə verir. Ermənistan isə Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır və regionda sabitliyi təhdid etməklə həm də mühüm enerji və nəqliyyat layihələrinin reallaşmasına mane olmağa çalışır.
SSRİ dağıldıqdan sonra Ermənistanın həyata keçirdiyi siyasətin
təhlili onu deməyə əsas verir ki, bu ölkə regionun iqtisadi və
siyasi inkişafını şərtləndirən layihələrdən kənarda qalmış,
özünütəcrid vəziyyətinə düşmüş və ciddi sosial və iqtisadi
problemlərlə üzləşmişdir. Ermənistan Xəzər hövzəsi enerji
resurslarının Avropa bazarlarına daşınmasında münasib məkanda
yerləşməsinə baxmayaraq, geosiyasi mövqeyinin ona verdiyi bu
fürsətdən istifadə etməmişdir ki, bu da onun üçün ağır nəticələrə
səbəb olmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də regionda
demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin
olunmasında ən böyük maneədir. Şübhəsiz, bu problem olmasaydı və
yaxud vaxtında həllini tapsaydı, region ölkələri daha çox inkişaf
edər, sülh və təhlükəsizlik daha etibarlı şəkildə təmin
olunardı.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO