Nida.az
Əflatun Amaşov: “Azərbaycan mediası Nardaran hadisələrində...”
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Nardaran hadisələrini işıqlandırmaq istəyən bir qrup jurnalistin ölümlə hədələnməsinə münasibət bildirib.
Publika.az-ın məlumatına görə, Ə.Amaşov jurnalistlərə açıqlamasında deyib ki, bir sıra qüvvələr Azərbaycanda sabitliyi pozmağa çalışırlar. Onun sözlərinə görə, Azərbaycan mediasının əksəriyyəti Nardaran hadisələrinin işıqlandırılmasında obyektiv, operativ və dövlətçi mövqe tutublar:
“Bir qrup radikal din pərdəsi altında Azərbaycanın konstitusion quruluşunu zorla dəyişmək və teokratik quruluş, dini dövlət yaratmağa can atır: “Bu cür radikal şəxsləri Azərbaycan qanunlarının tələblərinə görə ciddi cəzalar gözləyir. Hesab edirəm ki, qanunda hansı ağırlaşdırılmış cəzalar varsa, həmin qaydalar tətbiq olunmalıdır. Çünki heç bir halda konstitusion quruluşu zorla dəyişmək olmaz. Burada ikinci narahatedici məqam isə müxalifətin silahlı olmasıdır. Müxalifət silahlanır. Bu gün zəif hücumun qarşısı alınır, ancaq sabah onun qarşısı alınmasa və bu sayaq hallar başqa rayonlarda da həyata keçirilərsə, ölkəmizin gələcəyi üçün kifayət qədər ciddi problemlər yarada bilər. Bu baxımdan da, məsələyə ciddi yanaşmaq lazımdır”.
Ə.Amaşov qeyd edib ki, hazırda vəziyyəti qiymətləndirmək missiyası daha çox hüquq-mühafizə orqanlarının üzərinə düşür: “Hüquq-mühafizə orqanları, daxili qoşunlar da öz missiyalarını layqincə yerinə yetirirlər. Burada ictimaiyyətin yetərli mövqeyi çatışmır, ziyalıların təpkisi eşidilmir. Bu sayaq məqamlarda ziyalı təpkisi kifayət qədər ciddi olmalıdır. Siyasi yönündən asılı olmayaraq öz ölkəsini sevən bütün insanlar Azərbaycanın gələcəyi üçün narahat olurlar, onlar bu kimi hadisələrə öz kəskin münasibətlərini bildirməlidirlər. Bununla yanaşı, ölkədə aparılan islahatlarda təhsillə bağlı məqam daha çox önə çəkilməlidir.
Çünki bunlar məhz təhsilin yaratdığı problemlərdir ki, 7 yaşında bir uşaq baş verən hadisələrə siyasi qiymət verir. Sosial şəbəkədə yayılan bir videoda uşaq bildirir ki, din həmişə siyasi olub, quldur polislər gəldilər qardaşlarımızı şəhid etdilər, biz də şəhid olacağıq və sairə. 7 yaşlı uşaq böyüyəcək və 30-50 yaşları olanda da bu sayaq fikirlər söyləyəcək. Ona görə biz təhsil sahəsində çox ciddi islahatlar həyata keçirməliyik”.
Vasif Həsənli
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir