Abdullah Gül İlham Əliyevə başsağlığı verib
Bizi izləyin

Nida.az

Abdullah Gül İlham Əliyevə başsağlığı verib

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

Hörmətli Prezident, əziz qardaşım,

Dekabrın 4-də Azərbaycanda şiddətli fırtına səbəbindən “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində 6 işçinin həlak olması və 23 nəfərin itkin düşməsi xəbəri məni dərindən kədərləndirdi.

Əziz qardaşım, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm