Nida.az
Cibimizdə eşələnən əl: Azərbaycana qarşı hücumların pərdəarxası
ABŞ-da konqresmen Kris Smit Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi üçün qanun layihəsi ilə çıxış edib. Nə təsadüf ki, eyni ərəfədə Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayıb. Hər iki işdə Azərbaycan “söz azadlığı” silahı ilə vurulur və ölkədə demokratiyanın pozulduğu iddia olunur.
Demokratiya, ABŞ İraqa bu ad altında girmişdi, indi Yaxın Şərqdə
yaşananların da kökündə məhz bu faktor dayanır. Amma söhbət
insanların azadlığından, azad ifadədən getmir, əsas məsələ
maraqlardır.
“Demokratiya başqa insanların cibinizdə eşələndiyi zaman
başınızın üstündə asılan və sizi yuxarı zillənməyə məcbur edən bir
hava şarıdır”.
Məşhur britaniyalı Bernard Şounun bu bənzətməsi günümüzdə olduqca
aktualdır.
Qərb bir əlini cibimizə salıb eşələyir, o biri ilə “demokratiya
şarını” başımızın üstündə tutur. Daxili işlərimizə müdaxilə edir,
bunu demokratiyaya calayır, taleyimizi necə müəyyənləşdirmək
hüququmuza qarşı çıxır, yenə demokratiya deyir. Bu məlum
məsələdir.
Lakin Azərbaycana qarşı ABŞ və Avropadan eyni vaxtda hücumun
başlaması diqqət çəkir.
Vaşinqtonda müəyyən dairələrin anti-Azərbaycan fəaliyyəti təəccüblü
deyil. Son iki ildə biz bunun konkret addımlarını gördük. Məqsəd
rəsmi Bakının müstəqil siyasi kurs aparması, ABŞ-ın regionda, eləcə
də Avrasiyadakı maraqlarına deyil, Azərbaycan xalqının maraqlarına
xidmət etməsidir. Misal üçün, ABŞ, daha dəqiq desək, bu ölkədəki
müəyyən siyasi dairələr həmişə Azərbaycanın öz qonşuları Rusiyaya,
yaxud İrana qarşı çıxmasını istəyir. Yəni, doğru, yaxud yanlış
olmasından asılı olmayaraq, onlarla eyni səfdə addımlamasını
istəyir. Bu, məsələnin siyasi tərəfidir. Bununla yanaşı,
Azərbaycana qarşı hücumların arxasında erməni faktorunun dayandığı
da bəllidir. Kris Smitin konqresmen seçildiyi Nyu-Cersi ştatında
ermənilərin sayının çox olması və onunla müəyyən əlaqələrə malik
olması da bu amili təsdiqləyir.
Avropaya, daha dəqiq desək, Yaqlanda gəlincə, onun da ermənilərlə
isti əlaqələri artıq sübut olunub. Onun məhz indi Azərbaycanla
bağlı araşdırmalara başlaması da təsadüfi deyil.
AŞPA-nın son sessiyasında Azərbaycan Ermənistan üzərindən böyük
diplomatik uğur qazandı. Belə ki, Britaniyadan olan deputat Robert
Uolterin “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər
ərazilərində zorakılığın artması” adlı qətnamə layihəsi, Bosniya və
Herseqovinadan olan deputat Militsa Markoviçin isə “Azərbaycanın
sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum
edilirlər” adlı hesabatı açıqlandı. 2016-cı ilin 26 yanvar
tarixində AŞPA-nın Strasburqda keçiriləcək qış sessiyasında hər iki
məsələ yenidən müzakirəyə çıxarılacaq.
R. Uolterin qətnamə layihəsinin müzakirəsindən sonra AŞPA-dakı
Ermənistan nümayəndə heyətinə sanksiyaların tətbiq edilməsi də
nəzərdə tutulur. Bu, faktiki olaraq Ermənistanın işğalçılıq
siyasətinin iflası deməkdir. Həmin hesabatlardan sonra İrəvanda
yaşanan siyasi xaos da bunu sübut etdi.
Həmin qətnamədən sonra Ermənistan parlamentinin iclasında spiker
Qalust Saakyan AŞ PA-nın qış sessiyasında qətnamənin qəbulunun
qarşısını almaq üçün səfərbər olmağa çağırdı.
“Biz hələ bir il əvvəl bu sənəd haqda məlumat almışdıq və
müxtəlif nümayəndə heyətləri ilə təmaslarımızda məsələni
qaldırırdıq”, - deyə o bildirib.
Ermənistan prezidenti Serj Sarkisyan da AŞPA-dakı məğlubiyyətin
qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmək tapşırığı
vermişdi.
Gələn ay Ermənistanı AŞPA-da gözləyən təhlükə fonunda Yaqlandın
Azərbaycanla bağlı araşdırmalara başlaması təsadüfdürmü?! Bu
kontekstdə iddia etmək mümkündür ki, T. Yaqland məhz Ermənistanı
qorumaq üçün indidən Azərbaycana qarşı hücumlara başlayıb.
Asif Nərimanlı
-
Enerji17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial16:16
“Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ
-
Cənubi Qafqaz15:07
Qərbi Azərbaycana qayıdış sülh müqaviləsinə daxil edilib? - Rəsmi açıqlama
-
İdman14:08
Ronaldonun Corcinası fanatlarını yenə ovsunladı: Çılpaq və heyranedici FOTOLARLA
-
Sosial13:23
Zakir Qaralovun qohumuna yüksək vəzifə verildi
-
Cənubi Qafqaz12:15
Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər