Nida.az
Krımoğlu: “Rus vətəndaşlığına keçməyin” deyə bilmərik
Krım Tatar Məclisinin keçmiş sədri Mustafa Krımoğlu Ukrayna Parlamentinin Krım tatarlarını yerli xalq olaraq nəzərdə tutan qanun layihəsinin qəbulunu gecikmiş addım sayıb.
“Axar.az” məlumat verir ki, “Əl Cəzirə” kanalının suallarını cavablandıran Krımoğlu digər məqamlara da aydınlıq gətirib: ”Biz rus pasportu alacaq Krım tatarlarından Ukrayna pasportunu saxlamağı da tövsiyyə edəcəyik. Krım tatarlarına “rus vətəndaşlığına əsla keçməyin” deyə bilmərik. Ukraynaya nisbətən, Rusiyada əmək haqları iki dəfə artıqdır. Odur ki, bu istiqamətdə zorluq çəkən şəxslər arasından Rusiya vətəndaşlığını seçənlər ola bilər. Fəqət bu şəxslərin Ukrayna vətəndaşlığını qoruması gərəkdir”.
Türkiyənin Krım tatarlarına verə biləcəyi mümkün dəstəyə gəlincə, Krımoğlu bildirib ki, qardaş ölkə elə ilk gündən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və Krım tatrlarının hüquqlarının qorunmasına səy göstərib. O, əlavə edib ki, Türkiyənin bu məsələdə daha aydın mövqeyi yaxın günlərdə bəlli olacaq.
Krımoğlu həmçinin Türkiyənin hərbi sahədə ata biləcəyi addımlara da toxunub. Onun sözlərinə görə, NATO-ya üzv olduğundan, qurumun məsələyə yaşıl işıq yandırması gərəkdir. Digər tərəfdən isə Türkiyə ilə Rusiya arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur. Bütün bu şərtlər Türkiyənin yaxın vaxtlarda atacağı addımlara təsir edən amillər olacaq.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO