Nida.az
Amerikalı həmsədrin tvittinə "Feysbuk" statusu ilə cavab verildi
Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədrini açıqlama verərkən ehtiyatlı olmağa çağırıb.
Publika.Az xəbər verir ki, Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev şəxsi "Feysbuk" səhifəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasına münasibət bildirib.
E.Abdullayev deyib ki, Rusiya, Fransa ilə yanaşı, ABŞ-ın da vəzifəsi Azərbaycan və Ermənistan arasında münaqişəsin həllinə dair vasitəçilik missiyasını həyata keçirməkdir: "Bu gün rəsmi Bakı ilə rəsmi Yerevan arasında Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik edən həmsədr ölkələrin vəzifəsi ədalətin bərpasına nail olmaqdır. Ədalətin bərpası Ermənistanın hələ də hörmətsizlik etməkdə davam etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə məcbur olunmasıdır. Həmsədr ölkələrin mesajı məhz bu olmalıdır. Münaqişənin həlli prosesinin həssas dönəm yaşadığını nəzərə alaraq, Ceyms Uorlik münaqişənin həlli ilə bağlı mesaj verərkən ehtiyatlı olmalıdır. Axı söhbət beynəlxalq hüququn pozulmasından və Azərbaycan xalqının üzləşdiyi humanitar faciədən gedir".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceym Uorlik öz "Tvitter" səhifəsində münaqişənin Dağlıq Qarabağ və Azərbaycan arasında olduğunu yazıb.
Ömər
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı