Prezident DİN-in Əsasnaməsini və strukturunu təsdiq etdi
Bizi izləyin

Nida.az

Prezident DİN-in Əsasnaməsini və strukturunu təsdiq etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzaladı.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416; 2004, № 6, maddə 440, № 9, maddə 674; 2005, № 6, maddə 491, № 12, maddə 1102; 2006, № 7, maddə 592, № 8, maddə 659; 2007, № 6, maddə 615, № 9, maddə 869, № 10, maddə 947, № 11, maddə 1106; 2008, № 3, maddə 168, № 8, maddə 719; 2009, № 5, maddə 322, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 185; 2011, № 2, maddə 85, № 6, maddə 508, № 9, maddə 791; 2012, № 9, maddə 852; 2013, № 5, maddə 511, № 11, maddə 1320; 2014, № 12, maddə 1573; 2015, № 2, maddə 127, № 6, maddə 697) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nun 3-cü hissəsinin yeddinci abzası aşağıdakı redaksiyada verilsin:

“Əlahiddə Çevik Polis Alayı və digər nizami polis hissələri”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 2965 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi”ndə dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 2965 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №10, maddə 882; 2011, №2, maddə 143, №6, maddə 534, №9, maddə 810; 2012, №1, maddə 18, №3, maddə 248; 2013, №11, maddə 1345; 2014, №1, maddə 28, №2, maddə 174, №9, maddələr 1080, 1108) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi”ndə dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm