Nida.az
Zakir Həsənov: "Düşmənə vurulan zərbələr onu sarsıdıb"
Azərbaycanda yeni tikilən və müasir avadalıqlarla tam təchiz edilən daha üç hərbi hissənin açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, nazirliyin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrin açılışında iştirak edərək istifadəyə verilən qərargah, əsgər yataqxanaları, tədris kompleksi, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi və digər inzibati obyektlər ilə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri daim Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub: "Orduda həyata keçirilən islahatlar bütün istiqamətlər üzrə aparılır döyüş hazırlığı, şəxsi heyətin sosial-məişət şəraiti diqqət mərkəzində saxlanılır.
Silahlanmada olan bütün silah-sursat, döyüş texnikası, hərbi
təyinatlı avadanlıqlar yenilənib və modernizə edilərək hərbi
hissələrə çatdırılıb. Əsas diqqət ön xəttdə yerləşən bölmələrə,
cəbhəboyu zonadakı hərbi hissələrin təminatına və hazırlığına
yönəldilib. Bütün bunlar şəxsi heyətin döyüş qabiliyyətinin yüksək
səviyyədə saxlanılması məqsədini daşıyır. İl ərzində bütün
istiqamətlərdə düşmənə vurulan zərbələr onu sarsıdıb. Cəbhədə
çoxsaylı itkilər verən, erməni tərəfi mənəvi-psixoloji cəhətdən
ağır vəziyyətə düşüb.
Ordumuz hərbi təlimlərdə, praktiki məşqlərdə, təlim mərkəzləri və
poliqonlarda döyüş hazırlığını daim artırır. Silahlı Qüvvələrimizin
şəxsi heyəti dövlət rəhbərliyi tərəfindən bizə göstərilən etimadı
doğrultmaqla torpaqlarımızın işğaldan azad ediləcəyi günü
yaxınlaşdırır".
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəxsi heyəti təbrik edən Müdafiə naziri hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb.
Şəxsi heyət marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.
Həmin gün müdafiə naziri cəbhəboyu zonada yerləşən və tikintisi yekunlaşmaq üzrə olan digər hərbi hissələrdə də olub, inşaat işlərinin sürətlə və keyfiyyətli aparılması ilə bağlı tapşırıqlarını verib.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?