Partiyanın qərarına qarşı çıxan YAP-çıların adları açıqlandı
Bizi izləyin

Nida.az

Partiyanın qərarına qarşı çıxan YAP-çıların adları açıqlandı

“Parlament seçkilərində partiyanın qərarının əksinə olaraq seçkiyə gedən üç şəxsin biri Elza Qasımova (Seyidcahan), ikincisi, Minayə Əliyeva, digəri isə “Azərsutəchizat tikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri Mirzəcan Xəlilovdur”.


Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.


Onun sözlərinə görə, 41 saylı Sumqayıt birinci seçki dairəsindən YAP-ın rəsmi olaraq irəli sürdüyü namizəd Leyla Abdullayeva sonra namizədliyini geri götürdü: “Partiya üzvü Mirzəcan Xəlilovun namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsə də o, sonadək həmin dairədə seçki marafonunda qaldı və qalib gəldi. Minayə Əliyeva da partiyanın rəsmi namizədi olmasa da, sona qədər seçkidə iştirak etdi. O, 62 saylı Saatlı seçki dairəsində partiyamızın rəsmi namizədi Nazim Rəşidova rəqib oldu”.


Qeyd edək ki, sözügedən dairədən Mətbuat Şurasının sədri Əflatun Amaşov mandat qazanıb.


H. Paşayev qeyd edib ki, əməkdar artist Elza Qasımova isə 54 saylı Şabran-Siyəzən seçki dairəsində YAP-ın rəsmi namizədi Tahir Süleymanova alternativ olub.


“Bu şəxslərlə bağlı qərar partiyanın İdarə Heyətinin münasibət bildirməsindən sonra veriləcək”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm