“Putin gözünü Azərbaycana dikib”
Bizi izləyin

Nida.az

“Putin gözünü Azərbaycana dikib”

ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatından olan üzvü Pitt Olson ölkənin milli neft-qaz yataqlarında hasilata başlamağa çağırıb.

Amerika KİV-lərinə görə, konqresmen Texasda müstəqil sahibkarların toplantısında çıxışı zamanı federal ərazilərdə neft-qaz hasilatına başlamaq üçün ekoloji tələbləri yumşaltmağın vacib olduğunu deyib.

Konqresmen deyib ki, ABŞ neft idxalından asılı olduğu üçün dünyadakı böhranlara adekvat reaksiya verə bilmir. Onun sözlərinə görə, əgər Birləşmiş Ştatlar vaxtında sıxılmış qaz istehsalı infrastrukturunu inkişaf etdirsəydi, indiki Ukrayna böhranı zamanı daha güclü mövqedən çıxış edə bilərdi. Çünki ABŞ Avropaya sıxılmış qaz ixrac edərək onun Rusiyadan asılılığını azaldardı.

Konqresmen Olson deyib ki, Rusiya Krımı ələ keçirməklə kifayətlənməyəcək.

“Mən narahatam ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan kimi enerji resursları ilə zəngin bəzi qonşu keçmiş sovet respublikalarına da göz dikib” - deyə o, bildirib.

“Əgər Putin bu keçmiş sovet respublikalarını da ələ keçirmək istəsə, biz onların sərhədi keçməsinin qarşısını ala bilməyəcəyik” - konqresmen əlavə edib./Virtualaz.org

Oxumağa davam et
Reklam
Reklam

Gündəm