Bakı Təşəbbüs Qrupu bu partiya ilə əməkdaşlığı genişləndirir - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

Bakı Təşəbbüs Qrupu bu partiya ilə əməkdaşlığı genişləndirir - FOTO/VİDEO

BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu ilə Fransız Polineziyasının Tavini Huiraatira siyasi partiyası memorandum imzalayıblar.

Publika.az xəbər verir ki, memorandumun imzalanması gələcək əlaqələrin inkişaf perspektivlərinin müəyyən olunması və əməkdaşlığın daha da inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Həmçinin memorandum assimilyasiya təsirlərinin azaldılması ilə milli kimliyə olan təhdidlərin qarşısının alınmasına və dekolonizasiya istiqamətində mühüm nəticələrin əldə edilməsinə yol açacaq. Eyni zamanda, gənc nəsillər üçün yerli mədəniyyətin qorunub saxlanmasında və maariflənməyə yönəlmiş gələcək layihələrin həyata keçirilməsində mühüm başlanğıc olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm