Adil Əliyev məmurları qınadı: “Niyə ibrət götürmürlər”
Bizi izləyin

Nida.az

Adil Əliyev məmurları qınadı: “Niyə ibrət götürmürlər”

Milli Məclisin deputatı Adil Əliyev narazılıq yaradan bəzi məmurları dövlət başçısının tapşırıqlarından ibrət götürməyə çağırıb.

Publika.az-ın məlumatına görə, millət vəkili deyib: “Görəsən bəzi məmurlar nə üçün gözü çıxmış həmkarlarından ibrət dərsi götürmürlər? Bəlkə elə bilirlər ki, onlar toxunulmazdır? Vəzifədən çıxan və tutulan generallar da sizin kimi fikirləşirdilər. Dostlar, yəqin ki, mənim siyasi baxışlarım hər kəsə bəllidir. Heç kim məndən inciməsin, həmişə çalışmışa simamı və siyasi kursumu dəyişməyim. Bundan sonra da çalışacam ki, xalq tərəfindən seçilmiş prezidentimizin və xalqımızın yanında olum. Demək istəyirəm ki, pişiyin ağ və ya qara olmasının mətləbə dəxli yoxdur, təki siçanı yaxşı tutsun”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm