Nida.az
İsveçrə ermənilərlə azərbaycanlıları necə barışdırmaq istəyir - Plan
ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjelo Qnadingerin Trend-ə eksklüziv müsahibəsi
- Bu yaxınlarda Azərbaycana ilk səfərinizi etdiniz. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Azərbaycan rəsmiləri ilə keçirilən müzakirələrlə bağlı təəssüratlarınız necə oldu?
- Xarici işlər naziri Elmar Məmmədyarovla konstruktiv və səmimi müzakirələr apardım. O və Bakıdakı digər həmsöhbətlərim Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda tam şəkildə iştiraka davam etməsinə sadiq qaldıqlarını bildirdilər. Mən İsveçrənin ATƏT-də sədrliyi baxımından Minsk prosesinin vacibliyini vurğuladım, belə ki, biz bu münaqişəni ondan əziyyət çəkən bütün insanların davamlı iztirab çəkməsinə səbəb kimi görürük və bütün Qafqaz regionu üçün təhlükə hesab edirik. Yanvarın 16-da Vyanada ATƏT-in Daimi Şurasında çıxışı zamanı ATƏT-in fəaliyyətdə olan sədri və İsveçrənin xarici işlər naziri Didye Burkhalter bildirdi ki, oturub gözləmək və olanlara baxmaq İsveçrə üçün bir seçim deyil.
- İsveçrənin ATƏT-dəki sədrliyi münaqişə tərəfləri arasında etimadın yaradılması üçün nə kimi tədbirlər görmək niyyətindədir?
- Biz Minsk prosesini tam şəkildə dəstəkləyirik, həmsədrlər və
ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik
ilə sıx əməkdaşlıq edirik. Biz çalışırıq ki, ATƏT çərçivəsində bu
prosesə dəstək göstərək, bu proses üçün əlverişli mühitin
yaradılmasına töhfə verək və hər iki ölkədə diplomatik səy göstərən
və vətəndaş cəmiyyəti ilə işləyənlər arasında dialoqu təmin edək.
Biz xalq diplomatiyasını nəzərdə tutan layihələr və tərəflər
arasında etimadın bərpasına yönələn təşəbbüslərə xüsusi diqqət
yetiririk.
- Dağlıq Qarabağ münaqişəsi tərəflərini danışıqlar masasına oturmağa necə inandıracaqsınız? Sizin taktikanız nədən ibarət olacaq?
- İsveçrənin ATƏT-dəki sədrliyi vasitəçi deyil, lakin Minsk
qrupunun həmsədrlərinə və tərəflərə faydalı hesab olunan hər bir
dəstəyi (logistika, təcrübə və s.) göstərməyə hazırdır. Biz
tərəfləri dialoqu intensivləşdirməyə təşviq edirik.
- Cənubi Qafqaz regionunda fəaliyyətinizin prioritetləri nədən ibarət olacaq?
- Biz mövcud formatları dəstəkləməyə və gücləndirməyə çalışırıq, Cənubi Qafqaz ölkələrinin cəmiyyətləri arasında intensiv əlaqələri təşviq edirik. Mən ATƏT adından Beynəlxalq Cenevrə Müzakirələrinə həmsədrlik edirəm. Biz Beynəlxalq Cenevrə Müzakirələrini Gürcüstanda 2008-ci il avqust münaqişəsinin nəticələrinin aradan qaldırılması üçün əvəzedilməz hesab edirik. Mən, həmçinin Erqnetidə təhlükəsizliyin təmin olunmasında rol oynayan İnsidentlərin Qarşısının Alınması və Onlara Reaksiya Mexanizmi çərçivəsində iclaslarda iştirak edirəm.
- Sizdən öncəkilərin etmədiyi hansı təklifləri masaya qoyacaqsınız?
- Biz işimizi bizdən öncə ATƏT-ə sədrlik edən ölkələrin səyləri üzərində qururuq. Əsas diqqət gənclər, müəyyən peşə qrupları - jurnalistlər, rəssamlar, xilasedicilər arasında və regional əməkdaşlıq üzrə birgə layihələrə yönələcək.
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO