İlham Əliyev: Azərbaycan iqtisadiyyatı sabit və dayanıqlıdır - ƏLAVƏ OLUNUB
Bizi izləyin

Nida.az

İlham Əliyev: Azərbaycan iqtisadiyyatı sabit və dayanıqlıdır - ƏLAVƏ OLUNUB

"Çətin ki, neftin qiyməti daha da aşağı düşsün, lakin bu gün vəziyyət elədir ki, neftin qiymətinin gələcəkdə azalması bizi təəccübləndirməyəcək".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən “The new energy equation” adlı sessiyada çıxışında deyib.

Dövlət başçısı bildirib ki, neftin qiymətinin azalmasına baxmayaraq, Azərbaycan büdcədə sosial paketi saxlayıb.

Prezident qeyd edib ki, ölkə iqtisadiyyatı sabit və dayanıqlıdır: "Dövlət Neft Fondunda Azərbaycanın böyük ehtiyatları var, buna görə də ölkə yaranmış vəziyyəti kompensasiya edə bilər".

OPEK ilə əməkdaşlığa toxunan İlham Əliyev deyib ki, Azərbaycan OPEK ölkələri ilə əməkdaşlıq etməyə hazırdır və bu, təşkilatın bəzi üzv ölkələri ilə danışıqların bir hissəsi olub.

Ölkə başçısının sözlərinə görə, OPEK iştirakçıları və təşkilatın üzvü olmayan iri istehsalçılar arasında hasilatın azaldılması məsələsində böyük koordinasiya olarsa, nəticə əldə etmək olar. Prezident vurğulayıb ki, bu olmasa mövcud vəziyyət qalacaq və hamı neftin qiymətinin nə vaxt dibə düşəcəyini gözləyəcək: “Hazırda OPEK-in hər görüşündən sonra neftin qiyməti yalnız azalır”.

İlham Əliyev bildirib ki, neftin qiymətinin azalması psixoloji baxmından da qıcıqlandırıcı təsir göstərir: “Mən hələ ölkənin təkcə neft-qaz sektoruna deyil, ümumiyyətlə, sərmayə qoymaq məqsədilə vəsaitə malik olmaq üçün öz büdcəsini balanslaşdırmalı olduğunu demirəm. Şirkətlər və dövlətlər arasında fərq bundan ibarətdir. Ölkələr sosial, sənaye infrastrukturuna sərmayə qoymalı və hasilatın səviyyəsini saxlamaq üçün neft-qaz sektoruna investisiya yatırmalıdır”.

Prezident əlavə edib ki, eyni zamanda bu, Azərbaycan üçün islahatlar aparmaq baxımından yaxşı vaxtdır və ölkə maliyyə sektorunda fundamental islahatlar, iqtisadi islahatlar aparmağa, ixrac yönümlü qeyri-neft məhsullarının istehsalına başlayıb.

Dövlət başçısı Azərbaycanın böhranın öhdəsindən gələcəyinə əmin olduğunu bildirib və diqqətə çatdırıb ki, Azərbaycanda iqtisadi vəziyyət sabitdir, xarici borc ÜDM-in cəmi 12 faizini təşkil edir, xarici valyutada böyük ehtiyatlar var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm