Nida.az
Bayram Səfərov: “Jirinoviski Türkiyədə nə qələt edibsə..”
“Jirinoviski rus xalqı, yaxud Rusiya hökuməti adından danışa
bilməz. O kimdir ki? Aşkar görünür ki, dəlidir, başı çatmır”.
Bu barədə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov Publika.Az-a açıqlamsında Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinoviskinin son vaxtlar Azərbaycana qarşı səsləndirdiyi iddialara münasibət bildirərkən deyib. İcma rəhbəri bildirib ki, Jirinoviskinin Azərbaycana, ümumilikdə türklərə nifrəti şəxsidir: “Bu şəxsi nifrətdir, millətçilik deyil. Bildiyimə görə, vaxtilə Türkiyədə həbsdə olub. Görünür nə qələt edibsə, dərsini veriblər. O vaxtdan nifrəti yaranıb”.
B. Səfərov Jirinoviskinin iddialarına görə Rusiyaya etiraz etmək
fikrində olmadıqlarını deyib.
“O kimdir ki, ondan ötrü Rusiyaya etiraz edək. Rusiyanın 150 milyon
əhalisi var, Jirinoviski kimdir?! Ona baş qoşmaq lazım deyil.
Tərbiyəsi yoxdur. “Vid-fason”u nə gündə, ağzını açanda ona baxanda
adam iyrənir”- deyə icma rəhbəri vurğulayıb.
Qeyd edək ki, həmişə Azərbaycana qarşı yanlış iddialar irəli
sürən V. Jirinoviski növbəti iddiasında Qarabağın Rusiyaya
birləşdirlməsini səsləndirib.
Asif
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO