"Azərbaycanla razılaşma əldə etmək lazımdır"
Bizi izləyin

Nida.az

"Azərbaycanla razılaşma əldə etmək lazımdır"

Yanvarın 26-da Latviya Seymində illik xarici siyasət debatları keçirilib. Bu ənənənin bünövrəsi 5 il əvvəl qoyulub.

İllik debatlarda Baş nazir, Seymin spikeri, deputatlar, hökumət üzvləri, ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər. Azərbaycanın Latviyadakı səfirliyinin müşaviri Gəray Muradov debatlarda iştirak edib.

Avropa məsələləri üzrə komissiyanın sədri Lolita Çiqane debatları açaraq qaçqınlar böhranının aradan qaldırılmasının həllində yanlışlıq yarada biləcək riskləri yaddan çıxarmamağa çağırıb. Onun sözlərinə görə, əgər Aİ dövlətləri “fundamental səhv buraxsalar” və sərhədləri bərpa edərək problemin həllini “kiçik Avropa” strategiyasında axtarmağa başlasalar, onların problemi qısa müddətdə həll ediləcək. Deputat deyib: “Onda bu, qonşularımızın problemi olacaq, onların problemi isə onların qonşularının problemi olacaq. Beləliklə, Avropa Birinci və İkinci Dünya müharibələri arasındakı dövrdə olduğu kimi – çox qapalı, inciklik və nifrət hissi ilə dolu məkan kimi görünəcək. Bu, məlum olduğu kimi, bütün Avropa, xüsusilə Latviya üçün faciəvi sonluqla nəticələnmişdi”.

Seymin Avropa məsələləri üzrə komissiyası ötən il miqrasiya böhranının nəticələrini minimuma endirməyə çağıran, o cümlədən sığınacaq axtaranların qaytarılma mexanizminin möhkəmləndirilməsi, qaçqınların yerləşdirilməsində Türkiyənin köməyi və digər məsələlər üzərində çox işləyib.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs çıxışında qeyd edib ki, Latviyanın Avropa İttifaqı Şurasında ilk sədrliyi ölkənin Avropanın gündəlikdə duran məsələləri ilə məşğul olmaq və 28 ölkə arasında optimal ortaq məxrəc tapmaq bacarığını təsdiqlədi. Latviya, sədrliyinin ilk günlərindən bir sıra mühüm məsələləri həll etməli idi. Bunlardan biri Avropa İttifaqının daxili təhlükəsizliyinin möhkəmləndirilməsi işini əlaqələndirmək və problemin yeni həlli yollarını tapmaq idi. Daxili təhlükəsizlik problemi Parisdə və Kopenhagendə faciəli hadisələrdən sonra terror hədəsinin artması nəticəsində aktual olmuşdu. Latviya, həmçinin bütün iştirakçı dövlətlərin Şərq tərəfdaşlığının gələcək perspektivləri ilə bağlı ümumi mövqeyini hazırlamalı, həm cənub, həm də şərq qonşularının eyni səviyyədə dəstəklənməsi siyasətinə tarazlı yanaşma yolunu tapmalı idi.

Latviya xarici siyasət idarəsinin başçısı Şərq tərəfdaşlığı siyasətinin həyata keçirilməsi mövzusunu davam etdirərək bildirib ki, Azərbaycan mühüm tərəfdaşdır. Azərbaycanla yeni çərçivə sazişi haqqında razılaşma əldə etmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm