Azərbaycan Minsk Qrupundan imtina etsin – ÇAĞIRIŞ
Bizi izləyin

Nida.az

Azərbaycan Minsk Qrupundan imtina etsin – ÇAĞIRIŞ

“Azərbaycan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrlərinin xidmətlərindən imtina etməlidir”.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Fondu Assosiasiyasının (AVCİYA) yaydığı bəyanatda deyilir.

Bəyanatda deyilir ki, Minsk qrupu həmsədrlərinin Avropa Şurası Parlament Assambleyasının fəaliyyətinə müdaxilə etməsi beynəlxalq hüququn kobudcasında pozulması kimi qiymətləndirilməlidir.

“ATƏT-in Minsk qrupunun Azərbaycanın başqa beynəlxalq təşkilatlarda ədalət axtarması cəhdlərinə müdaxilə etməyə və işğalla bağlı məsələni öz monopoliyasında saxlamağa cəhd etməsinin heç bir hüquqi əsası yoxdur. AVCİYA xarici təsirlərə qarşı ölçü götürmək iqtidarında olmayan AŞPA-da bosniyalı deputat Militsa Markoviç tərəfindən hazırlanmış “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” qətnaməsinin müddəaları yerinə yetirilməyənədək Azərbaycanı bu qurumda fəaliyyətini dondurmağa çağırır”, - deyə bəyanatda qeyd olunur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm