XİN: “Azərbaycan ATƏT-in Minsk qrupundan narazıdır”
Bizi izləyin

Nida.az

XİN: “Azərbaycan ATƏT-in Minsk qrupundan narazıdır”

“Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, Azərbaycan bütün fəaliyyəti ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmayan Minsk qrupunun fəaliyyətindən narazıdır.

E.Məmmədyarov əlavə edib ki, rəsmi Bakı ATƏT-in Minsk qrupu həmsədrlərinin AŞ PA-nın qış sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət üzrə məruzəyə baxılması ilə bağlı bəyanatını digər ölkələrə təzyiq kimi qiymətləndirir.

Nazir həmçinin Türkiyə və Rusiya arasındakı qarşıdurmanın Azərbaycanı narahat etdiyini bildirib. Elmar Məmmədyarov qeyd edib ki, rəsmi Bakı bu qarşıdurmanın region ölkələrinə mənfi təsir etməyəcəyinə ümid edir.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bundan əvvəl Türkiyə və Rusiya xarici işlər nazirləri ilə region ölkələri arasında münasibətlərə zərər vurmaması üçün gərginliyin azaldılması məqsədilə danışıqlar aparıb: "Bizim Türkiyə ilə strateji tərəfdaşlığımız var və Rusiya illə də sıx münasibətləri saxlayırıq. Bununla əlaqədar olaraq, biz məsələnin həlli üçün maksimum səy göstərməyi təklif edirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm