Azərbaycan BMT toplantısına dəvət edildi
Bizi izləyin

Nida.az

Azərbaycan BMT toplantısına dəvət edildi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı direktoru Şamşad Axtar ilə görüşüb.

Publika.az-ın məlumatına görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanın BMT, onun ixtisaslaşmış təşkilatları və regional qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edərək, bu səpkidə olan səfərlərin əlaqələrin perspektiv inkişafı baxımından faydalı olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov qeyri-neft sektorunun inkişafının hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu deyərək, informasiya və kommunikasiya texnologiyaları, multi-modal nəqliyyat infrastrukturu və digər sahələrdə İqtisadi və Sosial Komissiya çərçivəsində üzv dövlətlər ilə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Komissiyanın hədəflərindən biri olan regional əlaqələr və bağlantıların inkişafı istiqamətinin Azərbaycan üçün əhəmiyyətindən bəhs edərək deyib ki, “Bakı-Tiflis-Qars” dəmir yolu, eləcə də “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihələri bu baxımdan çox önəmlidir. Nazirin sözlərinə görə, Komissiyanın bu layihələrə dəstəyi hərtərəfli regional əməkdaşlıq üçün geniş imkanlar açacaq.

İcraçı direktor Şamşad Axtar Komissiya ilə Azərbaycanın əlaqələrindən bəhs edərək, iqtisadi və sosial inkişaf üzrə Azərbaycanın özünəməxsus təcrübəsinin təqdirəlayiq olduğunu bildirib. O, İnkişafın Azərbaycan modelinin müxtəlif regional müstəvidə daha geniş təqdim olunması üçün Azərbaycanı Komissiyanın cari il üçün nəzərdə tutulmuş yüksək səviyyəli tədbirlərində iştiraka dəvət edib.

Görüşdə həmçinin Azərbaycan və BMT arasında münasibətlərə və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiya çərçivəsində regional əməkdaşlıq layihələrinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm