Uve Halbax: “Berlin Qarabağ danışıqlarında aktivləşəcək”
Bizi izləyin

Nida.az

Uve Halbax: “Berlin Qarabağ danışıqlarında aktivləşəcək”

“Almaniya indiyə qədər Qarabağ münaqişəsinin nizama salınması prosesində şəxsi yanaşmasını irəli sürməyib. Lakin ATƏT-ə sədrlik dövründə Almaniyanın passiv roldan imtina etməsi gözləniləndir”.


Publika.az xəbər verir ki, bu barədə Berlindəki Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutun Qafqaz və Orta Asiya üzrə eksperti Uve Halbax deyib.


Onun sözlərinə görə, rəsmi Berlin hər şeydən öncə ATƏT-ə sədrlik dövründə qurumun münaqişənin həlli ilə bağlı öhdəliklərini yerinə yetirəcək: “Xarici işlər naziri Valter Ştaynmayer-Frank Almaniyanın münaqişənin həlli üçün mövcud danışıqlar formatından və ATƏT mexanizmlərindən istifadə edəcəyini bildirdi. Lakin cəbhə xəttində artan qarşıdurmanın qarşısının alınması və sülh danışıqlarının aktivləşdirilməsi üçün konkret hansı addımlar atılacağını dilə gətirmədi. Gözləniləndir ki, Almaniya münaqişə ilə bağlı indiyə qədərki passiv rolundan imtina etsin və müəyyən addımlar atsın. Hələlik biz bu addımların nə olacağını deyə bilmərik”.


U. Halbax 2014-cü ildən sonra Ermənistan və Azərbaycan arasında artan gərginliyə diqqət çəkərək qeyd edib ki, bu vəziyyət beynəlxalq ictimaiyyətin bu bölgəyə daha çox diqqət ayırmasını tələb edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm