Hafiz Hacıyev Əli Kərimli ilə barışmaq istəyir – TARİXİN İRONİYASI
Bizi izləyin

Nida.az

Hafiz Hacıyev Əli Kərimli ilə barışmaq istəyir – TARİXİN İRONİYASI

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev artıq AXCP sədri Əli Kərimli ilə bağlı danışmayacaq.

H.Hacıyev Publika.az-a açıqlamasında deyib ki, Əli Kərimli ilə bağlı çox danışmağa ehtiyac yoxdur: “Biz bu qədər zəif insanların üzərinə çox getməməliyik. Hər kəsin öz keçmişi var. Kimin keçmişi necə olubsa, bunu ictimaiyyət gözəl bilir. Açığını deyim ki, mən bu barədə danışmaqdan yorulmuşam. Daha bu barədə danışmaq istəmirəm. Çünki 15-20 ildir bununla bağlı qınaq obyektinə çevrilirəm. Birinin yaxşılığı üçün deyirsən, pis başa düşürlər, pisliyinə deyirsən... Mən də insanam, bunu nəzərə almaq lazımdır. Ona görə də düşünürəm ki, barışığa daha çox meyillənmək lazımdır. Bizim Qarabağ kimi dərdimiz var, ölkədəki vəziyyət ağırdır. Qərb üzərimizə böyük basqı ilə gəlir, bizi sanksiyalarla qorxuzmağa çalışır. Biz bütün bunların qarşısını almaq üçün müəyyən addımlar atmalıyıq. Əks halda, hərəmiz əlimizə bir “Kalaşnikov” avtomatı götürüb bir-birimizə tuşlasaq, vallah heç nəyə nail ola bilməyəcəyik. Sözün düzünü deyim, mən istəyirəm ki, ölkədə barışıq olsun. Bundan sonra da nə qədər ömrüm qalıbsa, çalışacam buna nail olum. Bu ölkənin pisi də, yaxşısı da bizimdir. Düşünürəm ki, hamımız əl-ələ verib daha ciddi məsələlərlə məşğul olsaq və milli birlik yaratsaq, daha yaxşı olar. İndiyədək bir-birimizi bu qədər tənqid etməyimiz, aşağılamağımız kifayət edir. Hamımız azərbaycanlıyıq, hamımız bu torpağın, bu Vətənin oğluyuq. Ona görə də ölkənin böhrandan çıxması üçün kimin əlindən nə kömək gəlirsə, onu etməlidir”.

Qeyd edək ki, Hafiz Hacıyev indiyədək dəfələrlə Əli Kərimlini sərt tənqid və təhqir edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm