
Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbər fevralın 6-da keçirəcəyi “Böhrandan çıxış yolu” adlı dəyirmi masasına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevi də dəvət edib.
Bu barədə Publika.az-a H. Hacıyevin özü məlumat
verib.
Lakin H. Hacıyev dəyirmi masada iştirak edə bilməcəyini qeyd
edib.
“İsa Qəmbər sabah keçirəcəyi dəyirmi masaya məni də dəvət edib.
Lakin mən orada iştirak edə bilməyəcəm. Çünki Türkiyəyə üç günlük
səfərim var. Ölkədə olmayacam”, - deyə o bildirib.
Asif