Nida.az
Avropa İttifaqı: Azərbaycan güclü xarici iqtisadi mövqeyə malikdir
Sabit resurslar və Azərbaycanın dövlət borcunun aşağı səviyyəsi 2013-cü ildə neftin qiymətlərinin volatilliyi üzrə riskləri əhəmiyyətli dərəcədə yumşaldıb və ölkənin güclü xarici mövqeyini qoruyub.
Bu barədə Avropa İttifaqı tərəfindən dərc olunan Avropa Qonşuluq
Siyasəti çərçivəsində Azərbaycanın tərəqqisinə dair hesabatda
deyilir.
Hesabatda qeyd olunur ki, buna baxmayaraq, ölkənin tədiyyə
balansında cari əməliyyatların qeyri-neft hesabının kəsiri ÜDM-in
17,4 faizi səviyyəsində qalıb ki, bu da dövlət məqsədilə qeyri-neft
məhsullarının idxalı və qaz sektoruna birbaşa xarici
investisiyalarla bağlıdır.
Sənəddə bildirilir ki, Azərbaycan dövlət xərclərinin böyük
hissəsini karbohidrogenlərin satışı hesabına maliyyələşdirməkdə
davam edir: "Belə ki, 2013-cü ildə büdcə gəlirlərinin 58,43 faizi
Dövlət Neft Fondundan transfertlər hesabına formalaşdırılıb. Bu
büdcəni ÜDM-in 0,47 faizi səviyyəsində profisitlə yerinə yetirməyə
yardım edib".
Hesabatda deyilir ki, ötən ilin dekabr ayında hökumət yanacaq
növlərinin prakəndə qiymətlərini 25-33 faiz artırıb: "Eyni zamanda,
bir sıra telekommunikasiya xidmətlərinin tarifləri azaldılıb".
/Trend/
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO