ŞOK: Rusiya Türkiyəni Naxçıvanın qarantı kimi tanımaqdan imtina edir
Bizi izləyin

Nida.az

ŞOK: Rusiya Türkiyəni Naxçıvanın qarantı kimi tanımaqdan imtina edir

Rusiya Dövlət Duması 1921-ci il 16 mart tarixində Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) və Türkiyə arasında imzalanan dostluq və qardaşlıq haqqında Moskva müqaviləsinə xitam verilməsi barədə müraciət hazırlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu təkliflə Rusiya Kommunist Partiyasından olan deputatlar Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ediblər.

Müraciətin müəllifləri - Valeri Raşkin və Sergey Obuxovdur. Deputatların fikrincə, Moskva müqaviləsi Rusiyanın maraqlarına zidd imzalanıb.

Qeyd edək ki, Moskva müqaviləsi16 maddə və 3 əlavədən ibarətdir. RSFSR tərəfdən müqaviləni Xarici işlər üzrə xalq komissarı Georgi Çiçerin və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlaləddin Qorxmazov, Türkiyə tərəfdən isə Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici işlər üzrə vəkili Yusuf Kamal bəy, türk nümayəndə heyətinin üzvü Rza Nur bəy və TBMM-in Rusiyadakı səfiri Əli Fuad Paşa imzalayıblar.

Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edir. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm