Nida.az
"Dəstəyinizə görə sizə təşəkkür edirik!” - Ukrayna XİN-dən azərbaycanca tvitt
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə dəstək verdiyi üçün Azərbaycana təşəkkür edib.
Publika.Az – ın verdiyi xəbərə görə, Ukrayna XİN-in rəsmi “Twitter” səhifəsində Azərbaycan dilində “Azərbaycanlı dostlarımız, dəstəyinizə görə sizə təşəkkür edirik!” yazılıb.
Qeyd edək ki, martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunub. Azərbaycan qətnamənin lehinə səs verib.
Daha əvvəl isə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Misçenko BBC-nin Azərbaycan xidmətinə açıqlamasında Ukraynanın ərazi bütövlüyü və suverenliyinin Rusiya tərəfindən pozulduğunu, Ukraynanın bu kimi addımlara tərəfdaşlarından cavab gözlədiyini söyləmişdi. Dəstək üçün Azərbaycana minnətdarlıq edən səfir söyləmişdi ki, Kiyev həmin dəstəyin davamını Ukrayna böhranı ilə bağlı qarşıdan gələn BMT müzakirələrində də görmək istərdi.
“Hazırda məsələ Ukrayna və Rusiya arasında deyil, beynəlxalq ictimaiyyət və Rusiya arasındadır”, - səfir vurğulayıb.
Ömər Dağlı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ