Xocalı soyqırımı Strasburq mətbuatında
Bizi izləyin

Nida.az

Xocalı soyqırımı Strasburq mətbuatında

Fransanın Strasburq şəhərində nəşr olunan “Dernières Nouvelles d'Alsace” qəzetində fevralın 16-da yerli “l’Odyssée” kinoteatrında müstəqil litvalı rejissor Andreas Brokasın “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayiş ediləcəyi barədə məlumat xarakterli məqalə dərc olunub.

Publika.az xəbər verir ki, filmin nümayişi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilib. Məqalədə bildirilir ki, bu film vasitəsi ilə 1992-ci ildə törədilmiş Xocalı qırğını anılacaq. Məqalə müəllifi Jurgen Thöne yazır ki, tanınmış fransız bəstəkarı Pyer Tilloyun bəstələdiyi “Xocalı 613” adlı musiqi əsərinin təsiri altında biz bu qırğının törətdiyi ağrını hiss edəcəyik.

Məqalədə qeyd edilir ki, qərbi avropalıların əksəriyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı, 1992-ci ilin 26 fevral tarixində törədilən bu qırğın barədə daha müfəssəl məlumat almaq üçün internetdə axtarış aparmağa ehtiyac duyacaqlar. “Xocalı 613” kişi, qadın və uşaqlardan ibarət 613 azərbaycanlının qətliamı kimi ifadə olunur – qırğın Dağlıq Qarabağdakı erməni qüvvələri tərəfindən törədilib.

“Tarixin bu səhifəsi ilə mən Azərbaycanın paytaxtı Bakıya ikinci səfərim zamanı, ölkənin zəngin musiqisi və ədəbiyyatını kəşf edərkən tanış olmuşam. Xaricilərə həmişə qonaqpərvərlik göstərən azərbaycanlılar bu kədərli xatirəni mənimlə müəyyən vaxtdan sonra bölüşdülər. Daha sonra mənim dostlarımdan biri, azərbaycanlı skripkaçı Xocalı qurbanlarının xatirəsinə musiqi bəstələmək istəyimin olub-olmadığını soruşdu. Belə bir istək yalnız musiqiçidən gələ bilərdi. Sözlərdən fərqli olaraq, musiqi heç kəsi yaralamadan daha dərin təsir edir. Çünki o sözlə deyilməsi mükün olmayanı ifadə edir. Bu hətta müharibə ilə maraqlanmayan qərbi avropalılara toxuna bilər”, - deyə, bəstəkar Pyer Tilloy jurnalistlə söhbət edərkən bildirib.

Pyer hesab edir ki, bəstələdiyi musiqi əsəri gözəl olmadan öncə, azərbaycanlılar və digərlərində səmimi hisslər yaratmalı idi. Burada əsas məsələ kimin nə törətdiyi deyil, xilas olanların çəkdiyi əzabı anlamaq idi.

Qəzet məlumat verir ki, “Xocalı 613” əsəri 3 versiyada mövcuddur. Əsər Aleksandras Brokasın rejissoru olduğu “Sonsuz dəhliz” sənədli filminin nümayişindən sonra solo skripka və klarnetin daxil olduğu “Pandora String” kvarteti tərəfindən ifa olunacaq. Filmin nümayişində rejissor Aleksandras Brokas və Pyer Tiloy iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm