Nida.az
İlham Əliyev: Biz bu yoldan dönməyəcəyik
"Biz öz yolumuzla gedəcəyik. Bu gün Azərbaycan istənilən
istiqamət üzrə öz inkişaf modelini ortaya qoyur və gözəl nəticələr
də bu modelin nə qədər düzgün olduğunu sübut edir. Biz
multikulturalizmlə bağlı əlavə tədbirlər də
görəcəyik".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə “İmamzadə” dini
kompleksində ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə
görüşündə deyib.
İlham Əliyev xatırladıb ki, bu il Azərbaycanda “Multikulturalizm
ili” elan edilib: "Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılıb. Keçən il Azərbaycanda Avropa Oyunları keçirilib, gələn
il isə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu, sadəcə olaraq
İslam və Avropa ölkələri idmançılarının yarışı deyil, bu, bizim
ümumi, ümumbəşəri dəyərlərə verdiyimiz töhfədir. Biz öz
məsuliyyətimizi belə qəbul edirik, belə başa düşürük. Biz bu
məsuliyyəti ilk növbədə, dövlətimizin, xalqımızın mənafeyi, digər
tərəfdən bölgədə sabitliyin bərpası üçün daşıyacağıq. Çünki əgər
bölgədə sabitlik bərpa olunmasa, istər-istəməz bu, bizə də təsir
edə bilər. Siz də, indi mətbuatı izləyən insanlar, bizim
ictimaiyyət də bilir ki, Azərbaycanı müxtəlif düşərgələrə, bizə aid
olmayan işlərə cəlb etmək istəyirlər. Biz öz yolumuzla gedirik. Biz
heç bir başqa ölkənin daxili işinə qarışmırıq və belə fikrimiz də
yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın
və imkan verməyəcəyik. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa
belə, biz bu yoldan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik.
Biz görürük ki, harada vəziyyət ağırdır bunu deyirik, yol
göstəririk, öz nümunəmizi göstəririk. Sadəcə olaraq, kimisə tənqid
etmək üçün hansısa fikirləri demirik.
Deyirik ki, baxın, Azərbaycanda bu məsələlər necə həll olunur. Niyə
Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid amal, ideya
uğrunda birləşə bilir, başqa ölkələrdə süni səbəblər üzündən
bir-birini öldürür, qanını tökür, qırır? Heç başa düşmür nəyə görə?
Yaxın Şərqdə vuruşanların böyük əksəriyyəti anlamır ki, onlar nəyə
görə, kimin tərəfində vuruşurlar, kimin maraqlarını müdafiə
edirlər. Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar, elə günə
salırlar ki, o şəhərlərin, o ölkələrin bərpası bundan sonra mümkün
olmayacaq. Nəyə görə? Çünki təbliğat, xarici təsir və
hakimiyyətlərin zəifliyi. Harada ki, hakimiyyət möhkəmdir, xalqla
bir yerdədir heç bir kənar qüvvə o hakimiyyətin iradəsinə təsir edə
bilməz, o hakimiyyəti heç bir avantüraya çəkə bilməz.
Bir daha demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü
deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi Azərbaycan
xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə,
biz müstəqil siyasət apara bilmərik. Bu gün müstəqil Azərbaycan
istənilən məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm
beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz
qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək
səviyyədə təmin olunur".
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi